Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edi

Kiçik Aral

  • Ana Səhifə
  • Vikipediya
  • Kiçik Aral

Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir.

Kiçik Aral
qaz. Солтүстік Арал теңізі
Ümumi məlumatlar
Mütləq hündürlüyü 42,2 m
Sahəsi 3300 km²
Həcmi 27 km³, 15,6 km³
Dərin yeri 18 m
Orta dərinliyi 8,7 m
Duzluluğu 9 ‰
Yerləşməsi
46°30′ şm. e. 60°42′ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Kiçik Aral xəritədə
Kiçik Aral
Kiçik Aral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Şimali Aral dənizi:
1. Şevçenko körfəzi
2. Butakov körfəzi
3. Böyük Sarışıqanak körfəzi
Kokaral bəndi narıncı rəngdə verilmişdir

Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır.

2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir. Bununla belə gölün duzluğu 12 ‰ qədər azalmışdır

Göstəriciləri 1970 1988 2003 2004 2007 2008 2009 2010 2011
Suyun səviyyəsi, м 53 40 30 42 42 42 42 42
Həcmi, км³ 82 15,6 27,1
Su səthinin sahəsi, min.km² 6,118 2,55 3,3
Duzluğu, ‰ 8–13 30 23 11–14 12 17 9

Göldə su səviyyəsinin bərpası

Kiçik Aral 2000 və 2011 illər.

Kiçik aralın səviyyəsinin qorunması məqsədilə dəfələrdə burada dambalar inşa edilsədə güclü dalğalar səbəbindən onların hamısı dağılmışdır. Bununla da göldən suyun getməsinin sarşısını almaq mükünsüzləşirdi. Kokaral bəndinin inşası ilə əlaqədər gölün səviyyəsi tədricən bərpa olunurdu. Gölün sahili iki il ərzində Aralsk şəhərinə yaxınlamışdı. Bununla da bölgənin iqlimində yaxşılaşma müşahidə edilməyə başlamılmışdır. Gölə hətta nərələr belə buraxılmışdır. Aral gölünün şimalını qorunması məqsədilə layihə hazırlanmışdır. Bu layihəyə 85,79 milyon dollar sərf edilmişdir. Bunun 64, 5 milyonunu Dünya Bankı, 21,29 milyon dollarını isə dövlət büccəsindən ayrılmışdır. Burada çoxlu sayda hidrotexiki qurğuların və obyeklərin tikintisini nəzərdə tuturdu. Bu kənd təsərrüfatının inkişafı ilə yanaşı balıqçılığında genişlənməsinə imkan verəcək..

Kiçik Aralın suyu 2004-cü ildən 2010-cu ilin oktyabrına qədər 11,5 km³-dən 27,1 km³ qədər artmışdır. Nəticədə 870 km² vaxtı ilə dənizin dibi olan bölgə yenidən su ilə örtülmüşdür. Suyun duzluğu hər litrinə 23–17 q qədər azalmışdır. Balıq tədarükü 400 kiloqramdan 11 min tona qədər artmışdır.

Gölə axan Sırdəryanın şirin suyu və digər mənbələrdən təminlənərək gələn suyun sayəsində göldə hazırda duzluluq 8–9 ‰ qədər enmişdir. Gölün gələcəkdə şirinsulu olması ehtimalı vardır. Belə ki, Sırdəryanın deltası dambanın yaxınlığında olması sızıntılara gətirib çıxarır. Ancaq bu proses olduqca zəif gedir.

Gələcək əhəmiyyəti

Layihənin ikinci mərhələsində dambanın hündürlüyünün 6–8 metr qaldırılması planlaşdırılır. Belə düşünülür ki, bu zaman gölün su tutumu 27 km²-dən 59 km² qədər artacaqdır. Bununla da gölün duzluğu 17 qramdan 2,5–3 qrama qədər azala bilər. Üstəlik bu səviyyə ilə böyük liman şəhəri olmuş Aralsk öz əhəmiyyətini bərpa etmiş olar.

Həmçinin bax

  • Böyük Aral

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kiçik Aral haqqında məlumat. Kiçik Aral nədir? Kiçik Aral nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sen çayı

  • Fevral 27, 2026

    Alma-mater

  • Fevral 27, 2026

    Bretan bölgəsi

  • Fevral 27, 2026

    Talıstan

  • Fevral 27, 2026

    Qızılorda vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst