Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Serbiya prezidenti (serb. Председник Србијe/Rom: Predsednik Srbije) rəsmi olaraq Respublika prezidenti kimi adlandırılan Serbiyanın dövlət başçısıdır.

Serbiya prezidenti

  • Ana Səhifə
  • Vikipediya
  • Serbiya prezidenti

Serbiya prezidenti (serb. Председник Србијe/Rom: Predsednik Srbije) rəsmi olaraq Respublika prezidenti kimi adlandırılan Serbiyanın dövlət başçısıdır.

Serbiya Respublikasının Prezidenti
serb. Председник Републике Србиjе/
Predsednik Republike Srbije

Vəzifədədir
Aleksandr Vuçiç

31 may 2017-ci ildən
Ölkə
  •  Serbiya
Başçılıq edir Serbiya
Müraciət forması Cənab Prezident
Rəsmi iqamətgahı Novi Dvor sarayı, Belqrad
Səlahiyyət müddəti 5 il, 2 dəfə
Təsis tarixi 5 iyun 2006
Vəzifədə birinci Boris Tadiç
Rəsmi saytı Serbiya Prezidentinin rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırkı prezident 2 aprel 2017-ci ildə seçilmiş və 31 may 2017-ci ildə vəzifə səlahiyyətlərinin icrasına başlamış olan Aleksandr Vuçiçdir.

Mündəricat

Vəzifə və səlahiyyətləri

O, təntənəli mövqeyi malikdir və bu mövqe ona Serbiya Konstitusiyasının 112-ci maddəsinin 5-ci bölməsində göstərilmişdir. Həmin bölməyə əsasən Serbiya prezidentinin vəzifə və səlahiyyətləri aşağıdakılardan ibarətdir:

  • Serbiyanın daxildə və xaricdə ən yüksək vəzifəli nümayəndəsi olmaq;
  • Konstitusiyaya müvafiq olaraq qanuni qüvvəyə malik olan fərmanlar verə bilər;
  • Serbiya parlamentinə Serbiya Baş naziri vəzifəsi üçün şəxs və ya şəxslər tövsiyə edir;
  • Konstitusiyaya müvafiq olaraq Milli Məclisin deputatlarına təkliflər vermək;
  • Serbiya hökumətinin təklifi əsasında Serbiyanın müxtəlif ölkələrdəki səfirlərini müvafiq fərman əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;
  • Xarici diplomatik nümayəndələrdən etimadnamələrinin qəbul edilməsi və geriyə qaytarılması;
  • Amnistiya elan etmək və fəxri təltiflərin verilməsi;
  • Konstitusiya ilə nəzərdə tutulmuş olan digər işlərə rəhbərlik etmək.

Vəzifə başına gəldikləri zaman içdikləri and

Prezident vəzifəsinə başladıqları zaman Milli Məclisdə aşağıdakı andı oxuyurlar:

"Mən , Kosovo və Metoxiya da daxil olmaq şərti ilə Serbiya Respublikasının ərazisinin suverenliyinin və bütövlüyünün müdafiəsi üçün bütün səy və bacarıqlarımı göstərəcəyimə, insanların və azlıqların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə, konstitusiya və qanunların müdafiə edilməsinə və onlara riayət edilməsinə, Serbiya Respublikası vətəndaşlarının sülh və rifahının müdafiə edilməsinin təmin edilməsinə və bütün vəzifələrimi şüurlu bir formada və məsuliyyətlə yerinə yetirəcəyimə dair and içirəm.

Serbiya Respublikası Prezidentinin səlahiyyət müddəti

Prezidentin səlahiyyət müddəti beş ildir. Prezidentin səlahiyyətləri Milli Məclisin qarşısında and içməsindən sonra başlayır. Respublika Prezidentinin səlahiyyət müddəti müharibə və ya fövqəladə hallar dövründə uzadılır. Fövqəladə hallar zamanı bu dövr başa çatdıqdan sonra, müharibə dövründə isə müharibənin başa çatmasından sonrakı üç aylıq müddətin sonunda başa çatır. Heç kim iki dəfə prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti onun seçildiyi müddətin başa çatması, istefaya getməsi və ya vəzifəsindən kənarlaşdırılması ilə başa çatır. Prezident istefa ərizəsini Serbiya Milli Məclisinin sədrinə təqdim edir.

Köməkçi komanda

Prezidentin müşavirləri Prezidentin ehtiyaclarından əlavə Prezidentin hökumət və parlamentlə münasibətlərində, habelə digər ixtisaslaşdırılmış vəzifələr üçün analitik, məsləhət və digər əlaqədar vəzifələri yerinə yetirirlər.

Yaşayan keçmiş prezidentlər

Adı Vəzifə müddəti Anadan olma tarixi
Boris Tadiç 2004–2012 15.1.1958
Tomislav Nikoliç 2012–2017 15.2.1952

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Serbiya prezidenti haqqında məlumat. Serbiya prezidenti nədir? Serbiya prezidenti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sovet türkologiyası

  • Fevral 27, 2026

    Arnem

  • Fevral 27, 2026

    Huawei

  • Fevral 27, 2026

    Anna İvanovna

  • Fevral 27, 2026

    Dolça (bürc)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst