Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
| Gürcü böyürtkəni | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Rubeae Cins: Növ: Gürcü böyürtkəni | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Ümumi yayılması
Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır.
Azərbaycanda yayılması
Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir.
Statusu
Azərbaycanın nadir bitki növüdür. VU D2.
Bitdiyi yer
Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır.
Təbii ehtiyatı
Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır. Yarpaqcıqlar tikanlı saplaqlı, üzəri tüksüz, altdan nazik ağ, keçətüklü, axırıncı bir qədər rombşəkilli, uzunsaplaqlı, ucu sivridir. İyun-iyul aylarında çiçək açır. Çiçək saplağı tikanlıdır. Çiçək açan zaman aşağı qatlanır. Meyvəsi yaxşı inkişaf edir. May ayında çiçək açır, iyun-iyul aylarında meyvəsi yetişir.
Çoxalması
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rubus georgicus haqqında məlumat. Rubus georgicus nədir? Rubus georgicus nə deməkdir?