Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Petrovaradin müharibəsi (alm. Varad‎, serb. Petrovaradin, mac. Petervarad), 5 avqust 1716-cı il tarixində indiki Serbiyanın Novi Sad bölgəsində Osmanlı ordusunu

Petrovaradin müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Petrovaradin müharibəsi

Petrovaradin müharibəsi (alm. Varad‎, serb. Petrovaradin, mac. Petervarad), 5 avqust 1716-cı il tarixində indiki Serbiyanın Novi Sad bölgəsində Osmanlı ordusunun Avstriya ordusuna qarşı döyüşüdür. Müharibədə Avstriya ordusu qalib gəlmişdir.

Petrovaradin müharibəsi (1716)

1715-1718 Osmanlı Avstriya-Venesiya vuruşması
Jan Peter van Bredel (1683-1735) tərəfindən hazırlanmış Die Schlacht bei Petervardein adlı rəsim.
Jan Peter van Bredel (1683-1735) tərəfindən hazırlanmış Die Schlacht bei Petervardein adlı rəsim.
Tarix 5 avqust 1716
Yeri Petrovaradin, Serbiya
Nəticəsi Habsburq zəfəri
Münaqişə tərəfləri

 Osmanlı imperiyası

 Avstriya

Komandan(lar)

Silahdar Əli Paşa

Savoy şahzadəsi Eugen

Tərəflərin qüvvəsi

120.000

73.000

İtkilər

3.000-6.000

3.027

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Müharibənin səbəbi

    Osmanlı İmperiyası, 1699-cu ildə Karlovitsa müqaviləsi ilə Venesiya Respublikasına verilən Peloponnes torpaqlarını 1714-cü ilin dekabrından etibarən yerli xalqın köməyi ilə geri almağa başladı. Ancaq Venesiya ilə ittifaq bağlayan Avstriya, Peloponnesin Venesiyaya qaytarılması üçün təzyiq göstərirdi. Osmanlı İmperiyası bu zülmə müharibə elan etməklə cavab verdi. Beləliklə, 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinin ən vacib döyüşü Petrovaradin müharibəsi oldu.

    Müharibə

    Osmanlı ordusuna sədrəzəm silahdar Əli Paşa (1667-1716), Avstriya ordusuna isə Savoy şahzadəsi Eugen (1663-1736) rəhbərlik edirdi. Döyüş başladıqdan sonra mərkəzdə silahdar Əli Paşa sağ qanadda isə Anadolunun valisi Əhməd Paşa Avstriyalıları geri çəkməyə müvəffəq oldular. Ancaq avstriyalılar sağ qanaddakı geri çəkilməni dayandırmaq üçün ehtiyatda olan Avstriya süvariləri ilə əks hücuma keçdilər. Üstəlik, Dunay çayı üzərindəki Avstriya donanması da top atışları ilə qanadı silkələməyə başladı. Bu vaxt Əhməd Paşanın da vurulması ilə sağ qanadın məğlubiyyət əlamətləri görülməyə başladı. Mərkəzdəki vəziyyəti düzəltməyə çalışan silahdar Əli Paşanın vurulması isə ümumi məğlubiyyətə səbəb oldu. Beləliklə, müdafiə olunan Avstriya ordusu özündən daha böyük bir ordunu məğlub etdi. Tarixçi Jeremy Blaka görə Osmanlı itkisi 30 minə qədərdir.

    Meydan döyüşünün müharibəyə təsiri

    Meydandakı döyüşdə qalib gələn avstriyalılar, daha sonra əvvəlki müharibədə Avstriya ordusuna uğurla müqavimət göstərən Banat əyalətinin mərkəzi Timişoara qalasını mühasirəyə aldılar. Uzun bir mühasirədən sonra avstriyalılar 15 oktyabr tarixində Osmanlı İmperiyasının əlindəki son Macar qalasını da ələ keçirdilər. Bir il sonra avstriyalılar Belqradı ələ keçirdilər. Osmanlı tərəfi sülh istəyirdi və 1718-ci ildə Pasarofça müqaviləsi bağlandı.

    Müharibədən sonra

    Osmanlılar bu müharibədə həm Belqradı, həm də Timişoaranı itirdilər. 1735-1739-cu illər Osmanlı Rusiya-Avstriya müharibəsi zamanı Belqradı geri almağı bacardılar. Lakin Timişoara avstriyalıların əlində qaldı.

    Həmçinin bax

    • Xaçova döyüşü
    • Sentqothard döyüşü
    • Pasarofça müqaviləsi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Petrovaradin müharibəsi haqqında məlumat. Petrovaradin müharibəsi nədir? Petrovaradin müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sİ

    • Fevral 27, 2026

      Silistrə əyaləti

    • Fevral 27, 2026

      Böyük Kirs

    • Fevral 23, 2026

      Oktavian Avqust

    • Fevral 27, 2026

      Qalina Mehdiyeva

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst