Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henri Ford (ing. Henry Ford; 30 iyul 1863[…], Sprinqvells qəsəbəsi[d], Miçiqan – 7 aprel 1947[…], Dirborn[d], Miçiqan) — avtomobil istehsalçısı, "Ford Motor Com

Henri Ford

  • Ana Səhifə
  • Vikipediya
  • Henri Ford

Henri Ford (ing. Henry Ford; 30 iyul 1863[…], Sprinqvells qəsəbəsi[d], Miçiqan – 7 aprel 1947[…], Dirborn[d], Miçiqan) — avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu.

Henri Ford
ing. Henry Ford
Doğum tarixi 30 iyul 1863(1863-07-30)[…]
Doğum yeri
  • Sprinqvells qəsəbəsi[d], Ueyn dairəsi[d], Miçiqan, ABŞ
Vəfat tarixi 7 aprel 1947(1947-04-07)[…] (83 yaşında)
Vəfat yeri
  • Dirborn[d], Ueyn dairəsi[d], Miçiqan, ABŞ
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Ford Cemetery[d]
Həyat yoldaşı
  • Klara Briant Ford[d] (1888)
Uşağı
  • Edsel Ford
Atası Vilyam Ford[d]
Anası Meri Litoqot Ohern[d]
Fəaliyyəti sahibkar, ixtiraçı, yazıçı, siyasətçi, yarış avtomobili pilotu[d], jurnalist, sənayeçi, biznes maqnatı
Fəaliyyət illəri 1891–1945
Mükafatları "Tac" ordeni Order of the German Eagle — 1938
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-nin Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir.

Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir.

1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsi Detroit Automobile şirkətini qurur. Bir ildən sonra müəssisənin iflasa uğramasına baxmayaraq, Ford bir neçə yarış avtomobili yığmağa müvəffəq olmuşdu. Ford özü həmin yarışlarda iştirak edir və nəhayət 1901-ci ilin oktyabrında ABŞ çempionu Aleksandr Uintona qalib gəlməyi bacarır.

Henri "Ford Motor" şirkətini 1903-cü ildə yaradır. Şirkət müəssisənin 25,5% səhmlərinin sahibi və vitse-prezident, eləcə də baş mühəndisi vəzifəsini tutan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilir. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil hazırlayırlar. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və əsas sahibkarına çevrilir.

1919-cu ildə Henri Ford və onun oğlu Edsel Brayant Ford müəssisənin səhmlərini digər səhmdarlardan 105 568 858 ABŞ dollarına alaraq, şirkətin vahid sahibkarlarına çevrilirlər. Elə həmin il Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin başına keçir.

1945-ci ilin sentyabrında Henri Ford səlahiyyətlərini böyük nəvəsi II Henri Forda verir. 1946-cı ilin mayında böyük Henri Ford avtosənayedə göstərdiyi xidmətlərinə görə fəxri mükafata layiq görülür. Həmin ilin sonunda isə Amerika Neft İnstitutu cəmiyyət qarşısındakı xidmətlərinə görə onu qızıl medalla təltif edir.

Henri Ford 7 aprel 1947-ci ildə Dibronda öz evində 83 yaşında vəfat etmişdir.

Təsirlər

Henri Ford Adolf Hitlerin "Mənim mübarizəm" əsərində adı çəkilən yeganə amerikalıdır. Adolf Hitler onun böyük heyranı olduğunu da qeyd etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henri Ford haqqında məlumat. Henri Ford nədir? Henri Ford nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Frakiyalılar

  • Fevral 27, 2026

    Qudermes rayonu

  • Fevral 27, 2026

    Algol dili

  • Fevral 27, 2026

    Tunxa

  • Fevral 27, 2026

    Vəkillik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst