Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci

Emin Əmrullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Emin Əmrullayev

Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2020–2022).

Emin Əmrullayev
Azərbaycan Respublikasının elm və təhsil naziri
Vəzifədədir
28 iyul 2022-ci ildən
    Prezidentİlham Əliyev
    Baş nazirƏli Əsədov
    ƏvvəlkiVəzifə təsis edildi
    Azərbaycan Basketbol Federasiyasının prezidenti
    Vəzifədədir
    14 dekabr 2021-ci ildən
      ƏvvəlkiNadir Nəsibov
      Azərbaycan Respublikasının təhsil naziri
      27 iyul 2020 – 28 iyul 2022
      Prezidentİlham Əliyev
      Baş nazirƏli Əsədov
      ƏvvəlkiCeyhun Bayramov
      SonrakıVəzifə ləğv edildi
      Şəxsi məlumatlar
      Doğum tarixi 30 dekabr 1982(1982-12-30) (43 yaş)
      Doğum yeri
      • Bakı, Azərbaycan SSR, SSRİ
      Təhsili
      • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1999–2003),
      • Mərkəzi Avropa Universiteti (2003–2004),
      • Kolumbiya Universiteti (2010–2012)
      Fəaliyyəti dövlət xadimi

      Təltifləri "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi" yubiley medalı — 2023
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Həyatı

      Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirmişdir.

      2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

      Əmək fəaliyyəti

      Emin Əmrullayev 2005–2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışmış, 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində, 2013-cü ildə isə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışmışdır.

      2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində işləmişdir. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olmuşdur.

      Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilmişdir. 28 iyul 2022-ci ildən — Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.

      14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilmişdir. 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emin Əmrullayev haqqında məlumat. Emin Əmrullayev nədir? Emin Əmrullayev nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        Hraçya Açaryan

      • Fevral 27, 2026

        Atəşpərəst

      • Fevral 23, 2026

        1 dekabr

      • Fevral 11, 2026

        Rusiya Federasiyası

      • Fevral 27, 2026

        Matüren-Jak Brisson

      Trend Mahnılar
      • Fevral 17, 2026

        Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

      • Fevral 21, 2026

        Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

      • Fevral 17, 2026

        Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

      • Fevral 24, 2026

        Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

      • Fevral 17, 2026

        İsmail Zade — Bir Adam (Rəsmi Audio)

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst