Nadir Alı oğlu Nəsibov (22 iyul 1960, Qazax) — Azərbaycan jurnalisti, filoloq, Azərbaycan Basketbol Federasiyasının prezidenti (1999–2021), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1996–1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1987-ci ildən).
| Nadir Nəsibov | |
|---|---|
| dekabr 1999 – 14 dekabr 2021 | |
| Sonrakı | Emin Əmrullayev |
| 25 iyul 1996 – 6 dekabr 1999 | |
| Əvvəlki | Tofiq Əzizov |
| Sonrakı | Fərhad Əliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 iyul 1960 (65 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
Həyatı
Nadir Alı oğlu Nəsibov 1960-cı il iyulun 22-də Qazax şəhərində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə Keşlə mexaniki zavodunda sıravi işçilikdən başlamışdır. 1983–1986-cı illərdə Tovuz rayonunda müəllim, 1987-ci ildən "Bakı", "Vışka" qəzetlərində müxbir, 1989-cu ildən "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri, 1992–1994-cü illərdə "Avropa–Asiya" jurnalının təsisçisi və baş redaktoru, 1994-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nəşri olan "Yurd" jurnalının baş redaktoru olmuşdur. Dövri mətbuatda çoxsaylı elmi və publisistik yazıları dərc edilmişdir.
Nadir Nəsibov 1996-cı ilin iyul ayından 1999-cu ilin dekabr ayınadək Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində, 1999-cu ilin dekabr ayından 2021-ci ilin dekabr ayınadək isə Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsində çalışmışdır.
Ailəlidir, üç övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nadir Nəsibov haqqında məlumat. Nadir Nəsibov nədir? Nadir Nəsibov nə deməkdir?