Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siyavuş Dünyamalı oğlu Novruzov (17 fevral 1969, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan ictimai–siyasi xadimi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan

Siyavuş Novruzov

  • Ana Səhifə
  • Vikipediya
  • Siyavuş Novruzov

Siyavuş Dünyamalı oğlu Novruzov (17 fevral 1969, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan ictimai–siyasi xadimi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı (2000-ci ildən), Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru.

Siyavuş Novruzov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
24 noyabr 2000-ci ildən
    Seçki dairəsiII çağırış — proporsional
    III, IV, V və VI çağırış — 5 saylı Şahbuz–Babək
    VII çağırış — 2 saylı Şərur–Kəngərli
    Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
    1995 – 2005
    ƏvvəlkiVəzifə təsis edildi
    SonrakıRamil Həsən
    Şəxsi məlumatlar
    Doğum tarixi 17 fevral 1969(1969-02-17) (57 yaş)
    Doğum yeri
    • Cəhri, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti siyasətçi
    Həyat yoldaşı
    • Səbinə Əliyeva
    Hərbi xidmət
    Döyüşlər

    Birinci Qarabağ müharibəsi

    Əfqanıstan müharibəsi (1979–1989)

    Təltifləri "Şöhrət" ordeni — 20192019 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20172017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
    "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur.

    Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub.

    1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.

    1987–1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990–1993-cü illərdə Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır.

    Azərbaycan Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai–siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 16 fevral 2019-cu ildə Azərbaycan Respublikasının ictimai–siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə evlidir. İki övladı var.

    Siyasi–ictimai fəaliyyəti

    80-ci illərin sonlarından siyasətə qoşulan Siyavuş Novruzov "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirib. 1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.

    2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilmişdir. 2005, 2010, 2015, 2020-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz–Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri, İctimai Birliklər və Dini Qurumlar Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədridir.

    2024-cü il oktyabrın 8-də Azərbaycan–Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    Təltifləri

    Azərbaycan Respublikasının dövlət təltifləri

    • "Şöhrət" ordeni — 16 fevral 2019
    • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 18 noyabr 2017
    • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
    • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
    • "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 8 sentyabr 2018
    • "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı — 5 iyul 2018
    • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — 9 iyul 2019
    • "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı — 7 aprel 2014
    • "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı — 26 mart 2009
    • "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 14 avqust 2019
    • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı — 22 oktyabr 2019

    Digər orden və medallar

    • "General Cəmşid Naxçıvanski" yubiley medalı — 27 noyabr 2016 (Azərbaycan Respublikası Veteranlar Təşkilatı)
    • "Fədai" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi)
    • "Vətən naminə" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi)
    • "Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi — 25 il" medalı — 10 oktabr 2019 ("Azərbaycan Vətən müharibəsi" Veteranları İctimai Birliyi)
    • "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — 28 yanvar 2014 (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)
    • "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
    • "Vətənə sədaqət ordeni" — 14 sentyabr 2016 ("Rusiya Federasiyasının Silahlı Qüvvələrin Veteranlar" Ümum-Rusiya İctimai Birliyi)
    • "Vətənə xidmət ordeni" — 1 may 2015-ci ildə (Əfqanıstan Veteranlarının Rusiya Birliyi)
    • "Əfqanıstan müharibəsi veteranı" medalı — 26 iyun 2012 ("Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı" Ümum-Rusiya İctimai Təşkilatı)
    • "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi" medalı — 15 fevral 2014
    • "Döyüş qardaşlığı — veteranlar təşkilatı qarşısında xidmətlərinə görə" medalı — 2 fevral 2017
    • "Vətən qarşısında xidmətlərə görə" medalı — 15 fevral 2017 (Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siyavuş Novruzov haqqında məlumat. Siyavuş Novruzov nədir? Siyavuş Novruzov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Tiri

    • Fevral 27, 2026

      Rəfsəncan şəhristanı

    • Fevral 27, 2026

      Metr sistemi

    • Fevral 26, 2026

      Konstantinlər sülaləsi

    • Fevral 24, 2026

      Maks Veber

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst