Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Ağası oğlu Əliyev (4 aprel 1970, Bakı) — siyasətçi, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri.

Fuad Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Əliyev

Fuad Ağası oğlu Əliyev (4 aprel 1970, Bakı) — siyasətçi, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri.

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
15 fevral 2001 – 1 aprel 2023
ƏvvəlkiZakir Məmmədov
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Liberal Demokrat Partiyası sədrinin birinci müavini
30 yanvar 1999 – 2000
SədrZakir Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1970(1970-04-04) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Liberal Demokrat Partiyası (2001–2023),
  • bitərəf (2000–2001),
  • Azərbaycan Liberal Demokrat Partiyası (1999–2000),
  • Azərbaycan Liberal Partiyası (1997)

Həyatı

Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olub. 1988–1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə BNZ-də fəhləlikdən başlayıb. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təşkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində işləyib.

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay müddətincə Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib.

ALDP sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbinin ALDP sədrinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Sədr Zakir Məmmədov isə bunu siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirmişdir.

2000-ci ildəki zəlzələdə ALDP-nin ofisinin olduğu binanın çökməsi nəticəsində Zakir Məmmədov ağır yaralandı və 15 dekabr 2000-ci ildə öldü. Zakir Məmmədovun ölümündən sonra ALDP-nin 15 fevral 2001-ci il tarixli növbədənkənar konfransında Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və Fuad Əliyev partiya sədri seçildi. Daha sonra 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi. O, 2017-ci il aprelin 12-i ALDP-nin V Qurultayında yenidən sədr seçilib.

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü ildə ALDP fəaliyyətini dayandırdı.

2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub. O, 2024-cü il növbədənkənar prezident seçkilərində də namizədliyini irəli sürmüş, 7 namizəd arasında 0,54% (26 517 səs) səs toplayaraq 7-ci sırada qərarlaşmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Əliyev haqqında məlumat. Fuad Əliyev nədir? Fuad Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abaran rayonu

  • Fevral 27, 2026

    Adnan Bərəkət

  • Fevral 27, 2026

    Kristofer Li

  • Fevral 25, 2026

    Simon Simonyan

  • Fevral 27, 2026

    Olqa

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst