Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev (5 iyun 1902, Aşqabad, Türküstan general-qubernatorluğu – may 1942, Kerç, Krım MSSR) — mədəniyyət xadimi, teatrşünas, ped

Məmmədsadıq Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədsadıq Əfəndiyev

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev (5 iyun 1902, Aşqabad, Türküstan general-qubernatorluğu – may 1942, Kerç, Krım MSSR) — mədəniyyət xadimi, teatrşünas, pedaqoq

Məmmədsadıq Əfəndiyev
Azərbaycan SSR xalq maarif komissarı
1937 – 1937
ƏvvəlkiMüseyib Şahbazov
SonrakıMirzə Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1902(1902-06-05)
Doğum yeri
  • Aşqabad, Aşqabad qəzası[d], Zakaspiysk vilayəti, Türküstan general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi may 1942(1942-05) (39 yaşında)
Vəfat yeri
  • Kerç, Krım MSSR, RSFSR, SSRİ
Fəaliyyəti pedaqoq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev 5 iyun 1902‑ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. İlk təhsilini Nuxada (hazırkı Şəki) alan Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib.

1913‑cü ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub. Maddi çətinliklər səbəbindən 1919‑cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub. Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məmmədsadıq Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalışmağa başlayıb. 1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Xüsusi xidmət orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib, qızıl silahla təltif edilib.

Bakı İşçi və Türk İşçi Kəndli teatrlarının yaradıcısı olub. 1929-cu ilədək Türk İşçi Kəndli Teatrında direktor vəzifəsində çalışan M. Əfəndiyev 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutunda, Bakı Teatr Texnikumunda teart tarixi və fəlsəfədən dərs deyib.

Mətbuatda Nuri Nuriyev imzası ilə ədəbiyyata, mədəniyyətə, teatrşünaslığa aid məqalələrlə çıxış edib. 1937-ci ildə Azərbaycanın maarif komissarı, 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifələrində çalışıb.

II Dünya müharibəsinin iştirakçısı olan M. Əfəndiyev 1942-ci ildə Krım döyüşlərində vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədsadıq Əfəndiyev haqqında məlumat. Məmmədsadıq Əfəndiyev nədir? Məmmədsadıq Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yan Qus

  • Fevral 17, 2026

    Adolf Hitler

  • Fevral 25, 2026

    Neftçala

  • Fevral 27, 2026

    Mirzəağa Əlizadə

  • Fevral 23, 2026

    15 may

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst