Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır.

Ançousabənzər kilkə

  • Ana Səhifə
  • Vikipediya
  • Ançousabənzər kilkə

Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir.

Ançousabənzər kilkə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Dəstə:
Siyənəkkimilər
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Siyənəklər
Cins:
Ehiravinae
Cins:
Kilkə
???:
Ançousabənzər kilkə
Beynəlxalq elmi adı
  • Clupeonella engrauliformis
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
ITIS  551220
NCBI  2934018
EOL  46562394

Mündəricat

Yayılması

Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir.

Morfoloji əlamətləri

Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır.

Yaşayış yeri və həyat tərzi

Dəniz balığıdır, şirin suya getmir. Nisbətən istisevərdir. 6-28°,qışda isə 9-11 °C temperaturda rast gəlinir. Yazda əsas kütləsi Orta Xəzərə miqrasiya edərək qismən Şimali Xəzərə girir, ancaq şirinləşmə sərhəddindən o yana keçmir. Əsasən plankton xərçəngləri və molyusk sürfələri ilə qidalanır. Yayda işıqlı vaxtda intensiv şəkildə qidalanır.Ançousabənzər kilkələr əsasənisə bütün kilkələr kimi digər yırtıcı balıqların qidasını təşkil edir.

Çoxalması

1-2 yaşında cinsi yetişkənliyə çatan hər dişi balıq 9,8 - 61,0 min ədəd kürü verir.Bu balığın kürü tökməsi may ayından başlayaraq dekabr ayına qədər davam edir. Kütləvi halda payız kürütökməsi oktyabr-noyabr aylarında Xəzərin dairəvi axın sahələrində 20–25 m dərinlikdə, həmçinin 200 m və daha çox dərinliklərdə baş verir.Kürütökmə günün qaranlıq vaxtı, suda temperatur 15-25 °C olduqda müşahidə edilir. Mayalanmış kürülərdən 20 °C-də, 26 saatdan sonra sürfələr əmələ gəlir. Kürülər çox yüngül olduğu üçün onların inkuba-siyası və eləcə də kürüdən çıxmış sürfələrin inkişafı dənizin üst qatında gedir.Dəniz səthinin hidroloji rejimi dəyişkən olduğu üçün ançousabənzər kilkələrin mayalanmış kürülərinin və kürüdən çıxmış sürfələrin sayı suyun hidroloji rejimində baş verən dəyişikliklərdən asılı olur.

Təsərrüfat əhəmiyyəti

Azərbaycanda olan 3 növ kilkədən əsas vətəgə obyekti ançousabənzərdir.Tutumlarda onun payı 80 %-i aşır. Piy miqdarı 1,3-dən 6,4-ə qədər dəyişir. Qış mövsümündə vətəgə əhəmiyyətli ançousabənzər kilkə sürülərinə gündüz Cənubi Xəzərin 60–80 m, gecə isə 30–50 m dərinliklərində təsadüf etmək olar. May ayında kilkələr gündüz dənizin 30–50 m, gecə isə 15–20 m dərinliklərində toplanır. Vətəgə əhəmiyyətli ançousabənzər kilkə sürüləri müxtəlif yaşda olan kilkələrdən ibarətdir. Ovlanmış kilkələrin uzunluğu 92,9-104,5 mm, kütləsi 5,1 -8,2 q arasında olur. Ançousabənzər kilkəni xüsusi konusşəkilli torlarla, dəniz səthini süni işıqlandırmaqla ovlayırlar.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 70.
  2. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007,səh 167

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ançousabənzər kilkə haqqında məlumat. Ançousabənzər kilkə nədir? Ançousabənzər kilkə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmməd Qurbanov

  • Fevral 27, 2026

    Rübab

  • Fevral 27, 2026

    Konqlomerat (iqtisadiyyat)

  • Fevral 27, 2026

    Balet artisti

  • Fevral 27, 2026

    Almeriya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst