Çerkası (ukr: Черка́си (Çerkası), rus: Черка́ссы (Çerkassı)) — Ukraynanın Çerkası vilayətinin inzibati mərkəzi və əsas şəhəri.
| Şəhər | |||||
| Çerkası | |||||
|---|---|---|---|---|---|
| Черкаси | |||||
| |||||
| |||||
| 49°26′40″ şm. e. 32°03′35″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| İlk məlumat | 1284 | ||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 110 ± 1 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəsmi dili | |||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +380 472 | ||||
| Poçt indeksi | 18000-499 | ||||
| Nəqliyyat kodu | CA, IА / 24 | ||||
| Digər | |||||
| rada.cherkasy.ua/ua/ | |||||
![]() Çerkası | |||||
Əhalisi
Əhalisi 286,2 min (2012).
Coğrafiyası
Kremençuk su anbarı sahilində bir port və nəqliyyat qovşağıdır.
Tarixi
1394-cü ildən Litvaya tabe olan Kiyev knyazlığının tərkibində məlumdur.
Lübuniyasından (1569) sonra Polşa tərəfindən işğal edilmişdir. 1648-ci ildən Çerkası kazak polkunun mərkəzi idi. Andrusovo sülhünə (1667) görə Polşanın hakimiyyətində qalmışdı.
1793-cü ildən Rusiya imperiyasının tərkibinə qatılmışdır; 1795-ci ildən qəza şəhəri, 1797-ci ildən Kiyev quberniyasının tərkibində olmuşdur. Sovet dövründə, 1932-ci ildən Kiyev vilayətinin mərkəzi olmuşdur, 1954-cü ildən isə vilayət mərkəzidir.
Sənayesi
Kimya, yeyinti (o cümlədən konserv, şəkər, süd, ət, tütün), yüngül (ipək kombinatı, trikotaj, toxuculuq fabrikləri və s.) sənaye sahələri; maşınqayırma və metallı inkişaf etmişdir.
Tikinti materialları istehsal edilir. Ağac emalı kombinatı fəaliyyət göstərir. Şəhərdə teatrlar, filarmoniya, planetari, ölkəşünaslıq muzeyi və s. var.
Qardaş şəhərlər
Azərbaycan, Sumqayıt
ABŞ, Santa Roza
Qazaxıstan, Aktau
Polşa, Bıdqoşç
Rusiya, Perm
Dnestryanı, Tiraspol
İsrail, Petah Tikva
Həmçinin bax
Xarici keçidlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çerkası haqqında məlumat. Çerkası nədir? Çerkası nə deməkdir?

