Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mushab-Əli Kuzunvi və ya Möhübəli əfəndi Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий; 1868, Kuzun – 1920, 1922 və ya 1928, Ağaşirinoba və ya Qıraqlı) — bolşevik rejiminə

Mushab-Əli Kuzunvi

  • Ana Səhifə
  • Vikipediya
  • Mushab-Əli Kuzunvi

Mushab-Əli Kuzunvi və ya Möhübəli əfəndi Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий; 1868, Kuzun – 1920, 1922 və ya 1928, Ağaşirinoba və ya Qıraqlı) — bolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Sovet dönəmində Quba üsyanının imamı və başçılarından biri. Azərbaycan pedaqoqu, filosofu, dinşünası və partizanı. Ləzgilərin milli qəhrəmanı. O, ləzgilərin kuzunar soyuna mənsubdur.

Mushab-Əli Kuzunvi
ləzg. Кузун Мусхьаб-'Али
Şəxsi məlumatlar
Doğum tarixi 1868(1868)
Doğum yeri
  • Kuzun, Azərbaycan
Vəfat tarixi 1920(1920) (51–52 yaşında), 1922(1922) (53–54 yaşında) və ya 1928(1928) (59–60 yaşında)
Vəfat yeri
  • Ağaşirinoba, Azərbaycan və ya
  • Qıraqlı, Azərbaycan
Vəfat səbəbi sui-qəsd
Fəaliyyəti imam, maarifçi, filosof, dinşünas, partizan
Dini sünnilik, İslam
Hərbi xidmət
Qoşun növü partizan müharibəsi
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Rusiyada vətəndaş müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə, dinşünaslıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusarın Kuzun kəndində anadan olub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu "nadir insan" adlandırmışdır. Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə dini təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində mühacirlik edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyə və dinə aid bir neçə kitab yazmışdır, lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən çaya atılmışdır. Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı belə məlumat vermişdi. Ümumilikdə o, Quba qəzasında 5 mədrəsə açmış, 18 məscidi təmir etdirmiş və bir məscid inşa etmişdi. Möhübəli əfəndi Həmdulla əfəndi, Hatəm ağa Cağarvi və digər nüfuzlu şəxslərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizəyə qalxmışdır. Əfəndinin silahlı dəstələri Quba qəzasının Aladaş düzündə 7 ay ərzində bolşeviklərin qarşısını kəsərək, onları Quba qəzasına buraxmamışdır. O, 1918-ci ilin may ayında Qubanın Digah kəndində erməni polkovnik A. Amazaspının rəhbərlik etdiyi bolşeviklər və daşnaklardan ibarət qoşunu darmadağın edilməsində iştirak etmişdir. Möhübəli əfəndi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da bolşeviklərə qarşı mübarizə aparırdı. Məhz buna görə Sovet hökuməti Möhübəli əfəndini 1922-ci ildə (digər mənbələrdə 1928-ci il) sui-qəsd etməklə qətlə yetirilmişdir. Möhübəli əfəndi Kuzunvi Xaçmazın Qıraqlı kəndinin yaxınlığında vəfat edir. Onun cəsədi isə yoxa çıxır. Bu günə kimi Möhübəli əfəndinin harada dəfn olunması haqda məlumat yoxdur. Kuzunvinin qətlindən sonra Sovet hakimiyyəti onun evini talan, ona aid əşyaları isə məhv etmişdir.

Müharibədən əvvəlki fəaliyyətləri

Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O 1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir. Sonrakı illərdə o, Qusar ərazisində iki mədrəsə açıb, səkkiz məscidi təmir etdirib. Onun təhsil fəaliyyəti və xeyriyyəçiliyi 1903-cü ildə nəşr olunan illikdə müzakirə edilmişdir.

Ölümü

Mushab-Əli Kuzunvinin ləzgi xalqı arasında nüfuzunun daha da artmasından qorxan bolşevik inqilabçıları onu ləğv etmək qərarına gəldilər. 1920-ci ildə Mushab-Əli əfəndi Ağaşirinoba kəndində pusquya düşür və orada öldürülür. Bu hadisə Qusar İnqilab Komitəsinin sədri Şarşanidzenin Quba İnqilab Komitəsinə 29 avqust 1920-ci il tarixli məruzəsində ətraflı təsvir edilmişdir.

Ədəbiyyat

  • Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. −2018.-№ 74-75-76.- S.210–214.
  • Məşhur ləzgilər haqqında bilmədiklərimiz.-Samur qəzeti.-29.03.2007.-səh.3.
  • Müzəffər Məlikməmmədov. Qanlı Dərə. Bakı-2019.
  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.

Həmçinin bax

  • Hatəm ağa Cağarvi
  • Həmdulla əfəndi Əfəndizadə
  • Əli bəy Zizikski

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mushab-Əli Kuzunvi haqqında məlumat. Mushab-Əli Kuzunvi nədir? Mushab-Əli Kuzunvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vahid İsmayılov

  • Fevral 27, 2026

    Yelenovka

  • Fevral 27, 2026

    Atabəylər

  • Fevral 27, 2026

    İnkişaf

  • Fevral 25, 2026

    Miqrasiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst