Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlin

Nemezis əməliyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Nemezis əməliyyatı

"Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür.

Nemezis əməliyyatı
Yeri
  • Berlin
  • Tbilisi
  • İstanbul
  • Roma
Səbəbi erməni soyqırımı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Əməliyyatın təşkili

    Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır.

    Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi.

    İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar "Çakatamart" (İstanbul) və "Droşak" (Boston) qəzetlərinin redaksiyaları idi.

    Əməliyyatın gedişatında törədilmiş əsas cinayətlər

    Tələt paşa
    • 19 iyun 1920-ci il Tiflis, Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan törətmişdir, onunla birgə digər erməni Misak Kirakosyan da olmuşdur, aksiya nəticəsində Kirakosyan yaralanmışdır.
    • 19 iyul 1920-ci il Tiflis, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir.
    • 15 mart 1921-ci il Berlin, Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə yetirilir. Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı.
    • 5 dekabr 1921-ci il Roma, atla gəzinti zamanı Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər olur.
    • 17 aprel 1922-ci il Berlin, ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir qətlə yetirilir, həmçinin Şakirin cangüdəni də qətlə yetirilir. Qətli Arşavir Şirakyan və Aram Yerkanyan törədir.
    • 19 iyul 1921-ci il İstanbul, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törədməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən "affekt" vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz, onu Yunanıstana deportasiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan və Arutun Arutunyans idi.
    • 25 iyul 1922-ci il Tiflis, Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir, qətlin hazırlanmasında həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər.

    Satqınlıqda günahlandırılan ermənilərin qətli

    1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini qətlə yetirirlər. Mkrtıç Arutunyan, A. Şirakyanın sözlərinə görə o, "sadist və türk gizli polisininn siyasi şöbəsinin üzvü idi" Soqomon Teyliryan tərəfindən qətlə yetirilmişdir.

    Vahe İsxan (Yesayan) 1915-ci ildə soyqırımı olunacaq erməni cinayətkarların siyahısının tərtibində iştrak etmişdir. Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdir.

    Hamayak Aramyants, Qınçaq partiyasının keçmiş üzvü, 1914-cü ildə erməni terrorçularının Tələt paşaya qarşı hazırladığı sui qəsd barədə polisə xəbər vermişdi. Arşak Yezdanyan tərəfindən qətlə yetirilmişdir.

    Baş tutmamış cinayətlər

    Terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri Türkiyənin keçmiş hərbi naziri, Ənvər paşanın adı idi. İttihad və Tərəqqi cəmiyyətinin keçmiş baş katibi doktor Nazimin adı da o siyahıda ilk adlardan biri idi. Onlar da erməni terrorçuları tərəfindən izlənirdilər. Lakin terrorçular onları qətlə yetirə bilmədilər. Erməni zabit Hakob Melkumov tərəfindən öldürüldü.

    Əməliyyat nəticəsində qətlə yetirilən insanlar

    • Tələt paşa, Osmanlı imperiyasının daxili işlər naziri və sədrəzəmi.
      Tələt paşa, Osmanlı imperiyasının daxili işlər naziri və sədrəzəmi.
    • Camal paşa, Türkiyə dövlət və hərbi xadimi
      Camal paşa, Türkiyə dövlət və hərbi xadimi
    • Səid Hilmi paşa, keçmiş sədrəzəm.
      Səid Hilmi paşa, keçmiş sədrəzəm.
    • Bahaəddin Şakir, Təşkilati Məxsusənin yaradıcısı.
      Bahaəddin Şakir, Təşkilati Məxsusənin yaradıcısı.
    • Camal Əzmi, keçmiş Trabzon valisi
      Camal Əzmi, keçmiş Trabzon valisi
    • Fətəli xan Xoyski, AXC-nin ilk Başnaziri və Xarici İşlər Naziri.
      Fətəli xan Xoyski, AXC-nin ilk Başnaziri və Xarici İşlər Naziri.
    • Həsən bəy Ağayev, AXC Parlamentinin sədr müavini
      Həsən bəy Ağayev, AXC Parlamentinin sədr müavini
    • Behbud xan Cavanşir, AXC-nin Daxili İşlər Naziri
      Behbud xan Cavanşir, AXC-nin Daxili İşlər Naziri

    Həmçinin bax

    • Daşnaksütyun
    • Erməni terrorizmi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nemezis əməliyyatı haqqında məlumat. Nemezis əməliyyatı nədir? Nemezis əməliyyatı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Tor: Raqnarök (film, 2017)

    • Fevral 27, 2026

      Bədrifələk Qadınəfəndi

    • Fevral 27, 2026

      Startap

    • Fevral 26, 2026

      Şri Lanka

    • Fevral 27, 2026

      Abroma

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst