Rustov — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.
| Rustov | |
|---|---|
| |
| 41°15′03″ şm. e. 48°34′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 571 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ4000 |
![]() Rustov | |
Tarixi
Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.
Toponimikası
Rustov oyk., sadə. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII–XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.
Mədəniyyəti
- Böyük mədəniyyətə sahib olan bu qəsəbə Quba–Qafqaz xalçaçılığının inkişafında mühüm rol oynayır. Rustovda XIV əsrə aid məscid yerləşir.
Coğrafiyası və iqlimi
- Böyük Qafqaz dağlarının ətəklərində yerləşir, mülayim iqlimə malikdir.
Əhalisi
Kəndin əhalisini tatlar təşkil edir. Rustov qəsəbəsi tərkibində 12 (oniki) kənd var ki onların əhalisi irandilli qrupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşamaqdadır. Tat xalqının ən qədim yaşayış yerlərindən biridir. Rustov tat dilində (rusta) yəni kənd və ya kəndli mənası verir. Tatların öz milli tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.
Tanınmışları
- Qiyasəddin Qeybullayev (1934–2002) — Professor.
İqtisadiyyatı
- Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olunur. Heyvandarlıqla, bağçılıqla, xalçaçılıqla məşğul olunur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rustov haqqında məlumat. Rustov nədir? Rustov nə deməkdir?

