Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.
| Gəray Gəraybəyli | |
|---|---|
Azərbaycan Tibb Universitetinin rektoru | |
Vəzifədədir | |
| 11 aprel 2016-cı ildən | |
| Əvvəlki | Əhliman Əmiraslanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 29 iyun 1967 (58 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | alim |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | tibb elmləri doktoru |
| Elmi adı | professor |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.
Gəray Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Mükafat və təltifləri
16 iyun 2014-cü il tarixində professor G.Ç.Gəraybəyli "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür
Ailəsi
Ailəlidir, iki oğlu var.
- Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir.
Ədəbiyyat
- Ə. Əmiraslanov, "Azərbaycan Tibb Universiteti – 80", Bakı, "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC, 2010, s.327
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəray Gəraybəyli haqqında məlumat. Gəray Gəraybəyli nədir? Gəray Gəraybəyli nə deməkdir?