Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır. Bu körfəzdə Fandi təbiət qoruğu yerləşir.
| Fandi körfəzi | |
|---|---|
| ing. Bay of Fundy fr. Baie de Fundy | |
![]() Körfəzdə balina balığı | |
| Ümumi məlumatlar | |
| Adalar | Qrand Manan, Kampobello, Dir adası |
| Sahəsi | 28000 km² |
| Dərin yeri | 214 m |
| Yerləşməsi | |
| 45°00′ şm. e. 65°45′ q. u.HGYO | |
| Ölkələr | |
| Əyalət |
|
| Akvatoriyası |
|
![]() Fandi körfəzi | |
![]() Fandi | |
Adalar
- Qrand Manan
- Kampobello
- Dir adası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fandi körfəzi haqqında məlumat. Fandi körfəzi nədir? Fandi körfəzi nə deməkdir?


