Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Suriya Ərəb Respublikası (ərəb. اَلْجُمْهُورِيَّةُ الْعَرَبِيَّةُ السُّورِيَّةُ‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda

Suriya

  • Ana Səhifə
  • Vikipediya
  • Suriya

Suriya Ərəb Respublikası (ərəb. اَلْجُمْهُورِيَّةُ الْعَرَبِيَّةُ السُّورِيَّةُ‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 22 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Əl-Laziqiyyə.

Suriya Ərəb Respublikası
ərəb. سورية‎
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Tarixi
 • Suriya Respublikası 14 may 1930
 • Bəəs rejimi 8 mart 1963
 • Suriya Konstitusiyası 27 fevral 2012
Rəsmi dili Ərəb dili
Etnik qrupları Ərəblər 90%
Digər 10%: Kürdlər • Türkmanlar • Assuriyalılar • Çərkəzlər • Ermənilər • Çeçenlər • Yunanlar
Dini İslam 87%
Xristianlıq 10%
Digər 3%
Paytaxt Dəməşq
Ən böyük şəhəri Dəməşq
İdarəetmə forması Yarı prezident respublikası
Prezident Əhməd əş-Şaraa
Baş nazir Məhəmməd əl-Bəşir
Qanunverici orqanı Suriya Xalq Məclisi
Sahəsi Dünyada 87-ci
 • Ümumi 185,180 km²
 • Su sahəsi (%) 1.1%
Əhalisi
 • Əhali (2024) 22 mln nəfər (67-ci)
 • Siyahıyaalma (2019) 17,070,035 nəf.
 • Sıxlıq 118,3 nəf./km² (70-ci)
ÜDM (AQP)
 • Ümumi (2015) 50.28 mln dollar
 • Adambaşına 2.900$ dollar
ÜDM (nominal)
 • Ümumi (2014) 24.6 mln dollar
 • Adambaşına 831$ dollar
İİİ (2018) 0.549 (azalış; 157-ci)
Demonim Suriyalı
Valyuta Suriya funtu
İnternet domeni .sy
ISO kodu SY
Telefon kodu +963
Saat qurşaqları
  • UTC+03:00
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildən 2024-ə qədər ölkə Bəəs partiyası tərəfindən idarə edilib. 1970-ci ildən 2024-ə qədər dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı son prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşər Əsəd idi. mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.

Mündəricat

Coğrafi mövqeyi və iqlimi

Aralıq dənizinin şərqində Suriyanın qərbində dağlıq bir kütlə vardır. K-G istiqamətində uzanan Ənsariyyə dağları Türkiyədəki Nur dağlarının bir davamı şəklində Antilivan dağları olaraq İsrailə qədər sahil boyunca uzanır. 1000 metr yüksəklikdə olan bu dağlar, Suriyanın sahillərinə paralel olaraq dağların uzanması səbəbindən Suriyanın içərisinə dənizin daxil olmasına maneə törədir. Çöl şəraiti Suriyanın mərkəzində təsirli olur. Suriyanın cənubunda, Suriya səhrası yerləşir. Suriyanın 2/3 hissəsi səhralıqla örtülüdür. Aralıq dənizinin iqlimi Aralıq dənizi sahillərində üstünlük təşkil edir. Kənd təsərrüfatı və heyvandarlıq xalqın əsas məşğuliyyətidir. Suriyanın yeraltı qaynaqları arasında neft və fosfat çox vacibdir.

Tarixi

Əhali

Suriyada yaşayanlar barədə məlumat eramızdan öncə VI minilliyə aid edilir. Laziqiyyə şəhərinin 15 km-də Uqarit adlanan qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Qədim suriyalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub. Ölkənin şimalında qədim karvan yollarının kəsişdiyi ərazilərdə yaşayanlar isə sənətkarlıq vəticarətlə məşğul olmuşlar. Onlar Ön Asiyada mövcud olan tayfa və qəbilələrin dillərində danışırdılar. Bu dillərin əksəriyyəti semit qrupuna aid idi. Eramızın VII yüzilliyindən etibarən Suriyada ərəb dili, İslam dini və mədəniyyəti güclü kök salıb inkişaf edə bilmişdir.2005-ci ilə olan məlumatlara əsasən Suriyada 20 mln nəfərə yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir (kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin 90 faizi suriyalı ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər üstünlük təşkil edir. Ölkədə ermənilər də məskən salmışlar. Kürdlər ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində yaşayır. Son illərdə şəhərlərə köçüb gələn kürdlərin sayı artmır. Kürdlər indiyədək öz qəbilə-tayfa quruluşlarını qoruyub saxlaya bilmişlər. Dövlət dili – ərəb dilidir. Dövlət dini sünni məzhəbli İslam dinidir. Dindarların təqribən 80 faizə yaxını bu dinə etiqad bəsləyirlər. Əhalinin bir qismi ələvilər və druzlardır. Əhalinin təqribən 10 faizi xristian məzhəblidir. Ölkənin yaşlı əhalisinin təqribən 75 faizi savadlıdır. Ən böyük ali təhsil ocaqları Dəməşq, Hələb, Hims və Laziqiyyə şəhərində yerləşmiş universitetlərdir. Suriya əhalisi ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta hesabla hər kv. km-ə 110 nəfərə yaxın adam düşür. Əhalinin böyük bir qismi ölkənin qərbindəki əyalətlərdə və Aralıq dənizinin sahilində yaşayır. Burada sıxlıq hər kv. km-ə 700 nəfərdən çoxdur. Suriya səhrasında daimi yaşayış məskənləri ancaq Fərat çayı dərəsində və yeraltı sular üzə çıxan vahələrdədir. Suriyada daxili və xarici miqrasiya mövcuddur. Daxili miqrasiyalar əsas etibarilə kənd yerlərindən şəhərlərə və əksinə, əhalisi sıx olan əyalətlərdən əhalisi seyrək olan əyalətlərədir. Suriyalıların bir qismi əsas etibarilə iş axtarmaq məqsədi ilə Avropa və Amerika ölkələrinə müharicət etmişlər. Suriya Ərəb Respublikasında yaşayanların təqribən 60 faizini şəhərlilər, qalanlarını isə kənd yerlərində yaşayanlar təşkil edir. Ölkədə əhalisinin sayı 300 min nəfərdən artıq olan altı şəhər (Dəməşq, Hələb, Hims, Həmat, Deyr-əz-Zur və Laziqiyyə) var. On üç şəhərin əhalisi 50 min, 45 şəhərin əhalisi isə 10 min nəfərdən çoxdur. Şəhərlərdə yaşayanların 80 faizi mühəfəzə (əyalət) mərkəzinin əhalisidir.

Əhali sayının statistikası (1960 tarixindən 2024 tarixinədək)
İlSayı
1960 4.592.777
1961 4.742.596
1962 4.897.428
1963 5.057.825
1964 5.224.579
1965 5.398.333
1966 5.579.283
1967 5.767.478
1968 5.963.248
1969 6.166.933
1970 6.378.802
1971 6.599.366
1972 6.828.765
1973 7.066.474
1974 7.311.685
İlSayı
1975 7.564.000
1976 7.822.610
1977 8.088.148
1978 8.363.346
1979 8.651.904
1980 8.956.156
1981 9.277.280
1982 9.613.572
1983 9.960.919
1984 10.313.558
1985 10.667.245
1986 11.020.570
1987 11.374.437
1988 11.729.760
1989 12.088.336
İlSayı
1990 12.451.539
1991 12.818.302
1992 13.187.960
1993 13.562.742
1994 13.945.646
1995 14.338.240
1996 14.746.306
1997 15.168.523
1998 15.591.261
1999 15.995.760
2000 16.371.208
2001 16.700.984
2002 16.994.676
2003 17.298.476
2004 17.676.012
İlSayı
2005 18.294.611
2006 18.914.977
2007 19.632.806
2008 20.325.443
2009 20.824.893
2010 21.018.834
2011 20.863.993
2012 20.420.701
2013 19.809.141
2014 17.064.854
2017 18.269.868
2018 18.284.407
2019 18.499.181
2023 22.933.531
2024 23.865.423
  • Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31. dekabr 2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000 nəfərdir.

Etnik tərkib

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriya ərəblərindən başqa, bu ölkədə Suriya türkəmənləri, Suriya kürdləri, livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.

İqtisadiyyat

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961–1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.

Danışılan dillər

Rəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürd və türk dillərindən istifadə olunur.

Dini vəziyyət

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Laziqiyyədə yaşayan nüseyrilər (12%), Əs-Süveydada yaşayan druzilər (3%) — hər iki vilayətdə sünnilər azdır – Sələmiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnilər, əsasən, ərəblərin böyük hissəsi və kürdlər, türkman, çərkəzlər və çeçenlərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında rumi ortodokslar (300 min nəfər) və katoliklər (205 min nəfər, rumi katoliklər, süryani katoliklər, erməni-katoliklər, marunilar, xaldo-katoliklər, latın ənənəli katoliklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), süryani ortodokslar (125 min nəfər), nəsturilər (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda assuriyalılar və ermənilər arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidilər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

İnzibati bölgü

Suriya inzibati cəhətdən 14 muhafazlığa, muhafazlıqlar 60 məntəqəyə, məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Suriya haqqında məlumat. Suriya nədir? Suriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bioloji təsnifat

  • Fevral 23, 2026

    22 yanvar

  • Fevral 23, 2026

    Qanun

  • Fevral 23, 2026

    D:Q29561486

  • Fevral 23, 2026

    Sink

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst