Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) —

Rolant Saverey

  • Ana Səhifə
  • Vikipediya
  • Rolant Saverey

Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir.

Rolant Saverey
nid. Roelant Savery, Roeland(t) Maertensz Saverij
Rolant Saverinin portreti. Kornelis de Biyenin “The Golden Cabinet of Noble Free Art of Painting” kitabından J. Meyssens tərəfindən oyma. Antverpen, 1662-cı il.
Rolant Saverinin portreti. Kornelis de Biyenin “The Golden Cabinet of Noble Free Art of Painting” kitabından J. Meyssens tərəfindən oyma. Antverpen, 1662-cı il.
Doğum tarixi 1576(1576)[…]
Doğum yeri
  • Kortreyk[d], Kortreyk[d], Qərbi Flandriya, Belçika
Vəfat tarixi 25 fevral 1639(1639-02-25) (62–63 yaşında)
Vəfat yeri
  • Utrext
Fəaliyyəti rəssam, qravüraçı, oymaçı
Janr peysaj
Stil klassizm
Tələbələri Gillis Klas de Hondekoeter
Rolant Roqman
Allart van Everdinqen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Saverey ailəsi

Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi. Rolant Savereyin daha bir məşhur qohumu qardaşı qızının uşaqları və tələbələri olan Roqman ailəsi idi. Onun tələbəsi olan Rolant Roqman onun şərəfinə adlandırılmışdır. Rolant Roqman Holland qızıl dövrünün rəssamı, qravüraçısı və oyma ustası idi. Roqmanın iki bacısı Gertruda Roqman və Maqdalena Roqman da qravüraçı idi.

İlk illəri

Rolant Saverey Kortrijkdə (Qərbi Flandriya əyaləti) Martin Jak Saverey (? −1601) və Katelina van der Bikin (? −1586) ailəsində anadan olmuşdur. Bir çox digər rəssamlar kimi, Rolant təxminən dörd yaşında olanda İspaniyanın işğal etdiyi Cənubi Hollandiyadan şimala qaçan və 1585-ci ildə Haarlemdə məskunlaşan protestant anabaptist ailəsinə mənsub idi. Rolant rəssamlığı böyük qardaşı Yakob Saverey və rəssam Hans Boldan öyrənib.

Sonrakı illəri

Bir fil ağaca sürtünür. 1608-1612-ci illər. Kağız, qara karandaş, sanqina. Albertina Qalereyası, Vyana

Təhsil aldıqdan sonra Rolant Saverey təxminən 1604-cü ildə Praqaya getdi və burada imperator II Rudolfun (1576–1612) və onun varisi imperator Matiasın (1612–1619) saray rəssamı oldu. Rolant digər xarici rəssamlarla birlikdə beynəlxalq manyerist sənətinin mərkəzi olan "Praqa Rudolfinləri" dərnəyinə daxil oldu.

Rolant Saverey botanika ilə maraqlanırdı. 1606–1608-ci illər arasında o, yerli bitkiləri öyrənmək üçün II Rudolfla birlikdə Tirol və Alman İsveçrəsinə getdi. İki il Tirolda qaldı. 1614–1615-ci illərdə və 1616–1618-ci illərdə yenidən Amsterdamda yaşamış və nəhayət Utrext şəhərinə köçmüşdür. Orada 1619-cu ildə Müqəddəs Luka Gildiyasına qəbul edildi və xeyli uğur qazandı.

1621-ci ildə Utrextdə Boterstraat səmtində böyük bir ev aldı. Evin çiçəklər və bitkilər olan bir bağı var idi. Onun tez-tez qonaqları Adam Villaerts kimi sənət yoldaşları idi. Eyni zamanda Saverey Amsterdamdakı evini də tez-tez ziyarət edirdi.

Saverey rəssamlarla dost idi. Baltazar van der Ast və Ambrosius Boshart kimi tipik holland natürmort janrının ustaları onun daimi qonaqları idi. 1620-ci illərdə o, Utrextdə ən uğurlu sənətçilərdən biri idi. Lakin sonra həyatında bəlkə də spirtli içkilərə aludə olması ilə bağlı problemləri başladı 1638-ci ildə Rolant müflis oldu və altı ay sonra Utrextdə vəfat etdi.

Onun tələbələri arasında Gillis Klas de Hondekoeter, Rolant Roqman, Allart van Everdinqen var idi. O, həmçinin Esays van de Velde, Yohanes Bosshart və ya Yakob Marrel kimi digər rəssamların yaradıcılığına da təsir etmişdi.

Yaradıcılığı

Dodo quşları. 1626-cı ildə tamamlanıb. Kağız, qara karandaş, sanqina. Kroker İncəsənət Muzeyi, Sakramento, Kaliforniya, ABŞ

Yaradıcılığının ilk vaxtlarında Saverey adətən şimal təbiətini təsvir etdiyi mənzərələr çəkirdi. Daha sonra Tirol və Almaniya İsveçrəsini gəzdikdən sonra şəlalələri olan yalnız dağlıq meşəlik əraziləri çəkməyə başladı. O, dağ mənzərələrində müxtəlif heyvan və quşların təsvirlərini yerləşdirdi ki, bu da ona bu cür rəsmləri “Yer cənnəti”, “Nuhun gəmisi”, “Lira sədaları ilə heyvanları sakitləşdirən Orfey” adlandırmağa əsas verirdi.

Rolant Savereyin rəsmləri ciddi rəngləmə və bir qədər monoton kompozisiya ilə seçilir. Onun yaratdığı ən böyük rəsm 130 x 80 sm (1624) ölçüsündə qırx dörd növ heyvan və altmış üç növ çiçək təsvirləri olan natürmort idi.

Savereyin mənzərələri əsasən Flamand ənənəsinə uyğun olan Gillies van Koninkslo ənənəsində idi. Bu ənənədə çoxlu diqqətlə heyvanlar və bitkilər, çox vaxt mifoloji və ya incil mühitində təsvir edilirdi. O, həmçinin bir neçə çiçək natürmortu da çəkib. Memarlıq nişlərində, bəzən kərtənkələlərlə, məsələn, İki kərtənkələli çiçəklər, həşəratlar və ya düşmüş ləçəklər kimi buketlər onun ən yaxşı əsərləri hesab olunur.

Savereyin çiçək natürmortları çox vaxt Böyük Yan Brüqhelin ("Çiçək") əsərləri ilə müqayisə edilir. Bununla belə, Saverey, mannerist estetikaya uyğun olaraq, Brueqeldən fərqli olaraq, şıltaqlıq və fantastikaya meyl nümayiş etdirir. Belə ki, işlərində o, əyri xətlərə, işıq və kölgə effektlərinə, fantastik mənzərələrə və bitkilərə üstünlük verir. Rolant, əsərlərində “qara gözlü aslanlar” və “görünməyən quşlar” kimi “qəribə” heyvanları təsvir etmişdir.

Rolant Saverey 1611-1628-ci illər arasında bir çox rəsm və rəsmlərində nəsli kəsilmiş quş olan dodonu təsvir etməklə məşhurdur. Onun 1626-cı ildə çəkdiyi bu xüsusi quşdan tez-tez bəhs edilir. Rəsm bir vaxtlar ornitoloq Corc Edvardsa məxsus olduğu üçün indi "Edvardın Dodosu" adlanır və hazırda Londonda Təbiət Tarixi Muzeyində saxlanılır.

Rəssamın əsərləri bir çox muzeylərdə sərgilənir. Savereyin əsərləri Berlin, Vyana, Praqa və Drezden, Brüssel, Los Anceles, Utrext və doğma şəhəri Amsterdamd qalereyaları xüsusilə zəngindir. Rusiyada rəssamın Sankt-Peterburq Ermitajında əsərləri var. Ermitajda onun “Orfey öz musiqisi ilə heyvanları şirnikləndirir”, “Tirol mənzərəsi”, “Müqəddəs Jeromla qayalıq mənzərə”, “Meşədəki körpü” və s. əsərləri sərgilənir. Moskvada A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Savereyin "Sərsəri oğulun qayıdışı" əsəri nümayiş etdirilir.

Qalereya

  • Dodonun ən məşhur rəsmlərindən biri, 1626-cı il. Təsvir ornitoloq Corc Edvardsın ixtiyarına verildi və o, sonradan onu London Təbiət Tarixi muzeyinə verdi.
    Dodonun ən məşhur rəsmlərindən biri, 1626-cı il. Təsvir ornitoloq Corc Edvardsın ixtiyarına verildi və o, sonradan onu London Təbiət Tarixi muzeyinə verdi.
  • Quşlar ilə mənzərə. 1628-ci il. Ağac, yağlı boya. İncəsənət Tarixi Muzeyi, Vyana
    Quşlar ilə mənzərə. 1628-ci il. Ağac, yağlı boya. İncəsənət Tarixi Muzeyi, Vyana
  • Quşlar ilə mənzərə. 1622-ci il. Kral incəsənət muzeyi, Brüssel.
    Quşlar ilə mənzərə. 1622-ci il. Kral incəsənət muzeyi, Brüssel.
  • Misirə uçuşla mənzərə. 1624-cü il. Kətan üzərində yağlı boya. Milli İncəsənət Qalereyası, Vaşinqton.
    Misirə uçuşla mənzərə. 1624-cü il. Kətan üzərində yağlı boya. Milli İncəsənət Qalereyası, Vaşinqton.
  • İki kərtənkələ və quşlar ilə çiçəkli natürmort. 1603-cü iı. Mis, yağlı boya. Utrext Mərkəzi Muzeyi.
    İki kərtənkələ və quşlar ilə çiçəkli natürmort. 1603-cü iı. Mis, yağlı boya. Utrext Mərkəzi Muzeyi.
  • Böyük Müqəddəs Antoninin duası ilə mənzərə. 1617-ci il. Ağac, yağlı boya. Getti Center, Los-Anceles.
    Böyük Müqəddəs Antoninin duası ilə mənzərə. 1617-ci il. Ağac, yağlı boya. Getti Center, Los-Anceles.
  • Orfey lirası ilə heyvanları ovsunlayır. 1627-ci il. Ağac, yağlı boya. Mauritshuis, Haaqa
    Orfey lirası ilə heyvanları ovsunlayır. 1627-ci il. Ağac, yağlı boya. Mauritshuis, Haaqa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rolant Saverey haqqında məlumat. Rolant Saverey nədir? Rolant Saverey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanlıq (dövlət)

  • Fevral 27, 2026

    Bekhyon

  • Fevral 27, 2026

    Zəncan

  • Fevral 18, 2026

    Kilsə

  • Fevral 27, 2026

    Florensiya kafedralı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst