Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Manilaid (est. Manilaid, həmçinin est. Manõja, Manija: Maniya) — Estoniyanın cənub-qərbində ada. Ada Riqa körfəzinin şimal-şərqindəki Pyarnu körfəzində yerləşir

Manilaid

  • Ana Səhifə
  • Vikipediya
  • Manilaid

Manilaid (est. Manilaid, həmçinin est. Manõja, Manija: Maniya) — Estoniyanın cənub-qərbində ada. Ada Riqa körfəzinin şimal-şərqindəki Pyarnu körfəzində yerləşir. Manilaid Avropanın daimi əhali yaşayan ən kiçik adasıdır. Ada Kihnu adası ilə birlikdə UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilib. İnzibati baxımdan ada Pyarnumaa vilayətinə aiddir.

Manilaid
est. Manilaid
Ümumi məlumatlar
Sahəsi 1,87 km²
Hündür nöqtəsi 5,3 m
Əhalisi 49 nəfər (2017-ci il)
Yerləşməsi
58°12′ şm. e. 24°07′ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
  • Riqa körfəzi
Manilaid xəritədə
Manilaid
Manilaid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Pyarnu körfəzinin Kihnu adasından sonra Manilaid ikinci böyük adadır. Sahəsi 1,87 km²-dir. Ən enli hissəsi 500 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 5,2 metrdir. Güclü fırtınalar zamanı ada üç kiçik adaya çevrilir. Adada meşəlik ərazi azdır, çəmənlik və bataqlıqlar üstünlük təşkil edir. Ada daxilində bir yol var. Manilaidin mərkəzində Kokkıkivi (est. Kokkõkivi), adlı valun mövcuddur. Buzlaq mənşəli bu daşın hündürlüyü 3 metr, həcmi isə 20 kub metrdir.

1991-ci ildə adada landşaft yasaqlığı yaradılmışdır. Yasaqlığın sahəsi 204 hektardır. Adada 338 növ bitki növü müəyyən edilib. Onlardan 12 növü qorunur. Ərazidə 81 quş növü yuva qurur. Bundan başqa adada nadir Epidalea calamita qurbağasına rast gəlinir. Məməlilərdən yenotabənzər itə, dovşana, avropa dələsinə rast gəlinir.

Tarixi

Ada haqqında ilk yazılı məlumat 1560-cı ilə aiddir. 1933-cü ildə adaya 22 ailə olmaqla ümumən 79 nəfər Kihnu adasından köçmüşdür. Bunun üçün Estoniya hökümətindən xüsusi icazə alınmışdır. 2005-ci ildə baş verən güclü fırtına nəticəsində ada böyük zərər görmüşdür. Ada tamamilə su altında qalmışdır.

Səkkiz metrlik mayak adanın Papina yarımadasında yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Manilaid haqqında məlumat. Manilaid nədir? Manilaid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbrani dili

  • Fevral 27, 2026

    Avtomobil qəzası

  • Fevral 28, 2026

    Fikrət Yusifov

  • Fevral 27, 2026

    Əcdad

  • Fevral 27, 2026

    İslamabad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst