Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hamburger adı Almaniyanın Hamburq şəhərinin adından götürülmüşdür. Düşünülür ki, əsasən rus dənizçilər Hamburq limanında lövbər salır, əti burada bişirirdilər v

Hamburger

  • Ana Səhifə
  • Vikipediya
  • Hamburger

Hamburger — kəsilmiş və doğranmış kotletdən və 2 bulkudan ibarət olan sendviç növü.

Salatlı hamburger
McDonald's böyük hamburgeri

Mündəricat

Adlandırılması

Hamburger adı Almaniyanın Hamburq şəhərinin adından götürülmüşdür. Düşünülür ki, əsasən rus dənizçilər Hamburq limanında lövbər salır, əti burada bişirirdilər və bu yemək tədricən hamburger adını qazanır. Sonradan hamburger dəniz yolu ilə ABŞ-ə, oradan da bütün dünyaya yayılıb.

Tarixi

ABŞ mətbəxinin ayrılmaz tərkib hissəsi olan hamburger ilk dəfə Amerikada kəşf olunmayıb — buna bənzər yeməklər artıq Asiya və Avropa kulinar ənənələrində mövcud idi. Monqol və tatar tayfalarını isə bu fastfud simvolunun təsisçiləri kimi hesab etmək olar — məhz onlar həmişə uzun yollar qət etməklə qiymə hazırlamağı öyrənmiş və onu çiy dadıblar. Bu nemət Qızıl Ordaya mənsub olan torpaqlarda sürətlə yayılmaqda idi. Orta əsrlərdə Avropa mətbəxində qiymə çox nadir tapıntı idi, ümumiyyətlə ətin özü yalnız zadəganlara mənsub idi. O vaxtın kulinar kitablarında ətin əzilməsi haqqında çox az məlumat var idi — bunu əsasən kolbasa istehsalında edirdilər. Bəzi məlumatlara görə, vəhşi "tatar" resepti məhz XVII əsirdə rus gəmiləri vasitəsi ilə Avropanın liman şəhəri olan Hamburqda peyda olmuşdur. Bu yeməyi hətta indiyə qədər bir çox avropa restoranlarında "Tatar bifşteksi" (Steak tartare) adı ilə tapmaq mümkündü. XIX əsrin ilk yarısına qədər Hamburq Avropanın ən böyük transatlantik limanlarından biri hesab edilirdi. Amerikaya yol tutan bir çox emiqrantlar məhz Hamburq limanından oraya yola düşürdülər. Amerikada, əsasən Nyu-Yorkda, yerli kiçik restoranlarda, alman gəmiçilərini cəlb etmək üçün "Hamburq sayağı steyklər" əmələ gəlməyə başlamışdı və nəticədə geniş yayılmışdır. Hazırkı kimi o yemək əsasən çiy (hərdən isə yarı hisə verilmiş) qiymədən, yanında isə soğan, ədviyyatlar, çörək qırıntıları və çiy yumurtadan ibarət idi. Bəs kimin ağlına ilk olaraq o kotleti bişirib bulkunun arasına qoymaq fikri gəlib — bizlər üçün hələ də sualdır. Amma müəyyən olunub ki, artıq 1904 ildə Sent-Luis yarmarkasında, bizim bu günlərdə hamburqer dediyimiz yeməyə çox bənzər yemək satılmaqda idi.

Növləri

Luther burger
  • Çizburger (ing. cheeseburger, cheese sözündən— pendir)
  • Fişburger (ing. fish — balıq)
  • Çikenburger (ing. chicken — cücə)
  • Verciburger

Luther Burger Amerika üslubunda qızardılmış şəkərli xəmir (Ponçik) üzərində çizburger.

Ədəbiyyat

  • Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. ISBN 0-19-541816-6.
  • Edge, John T. Hamburgers & Fries : an American Story. G.P. Putnam's Sons. 2005. ISBN 0-399-15274-1. History and origins of the hamburger
  • Trage,. The Food Chronology: A Food Lover's Compendium of Events and Anecdotes, From Prehistory to the Present. Owl Books. 1997. ISBN 0-8050-5247-X.
  • Allen, Beth. Great American classics Cookbook. Hearst Books. 2004. ISBN 1-58816-280-X.
  • Smith, Andrew. Hamburger: A Global History. Reaktion Books. 2008. səh. 128. ISBN 978-1-86189-390-1.

Həmçinin bax

  • Fəstfud
  • ABŞ mətbəxi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hamburger haqqında məlumat. Hamburger nədir? Hamburger nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Takasaki

  • Fevral 27, 2026

    İlya Berezin

  • Fevral 27, 2026

    Amerikalılar

  • Fevral 24, 2026

    Budaq Budaqov

  • Fevral 27, 2026

    Xüsusi törəmə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst