Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn

Siffeyn döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Siffeyn döyüşü

Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir.

Siffeyn döyüşü
Birinci Fitnə
ərəb. وقعة صفين‎
Siffeyn döyüşü
Tarix 657-ci il 26 iyuldan 28 iyuladək.
Yeri Siffeyn (Raqqa mühafəzəsi yaxınlığındakı müasir Əbu Hureyrə kəndi), Suriya
Nəticəsi heç-heçə
Münaqişə tərəfləri

Rəşidi xilafəti

Əməvilər və tərəfdarları

Komandan(lar)

Əli ibn Əbu Talib
Malik Əştər
Əmmar ibn Yasir ☪
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn əl-Hənəfiyyə
Abdullah ibn Abbas
Qeys ibn Səəd
Xuzeymə ibn Sabit ☪
Abbas ibn Əli
Haşim ibn Ütbə ☪
İbrahim ibn Əştər

Muaviyə ibn Əbu Sufyan
Əmr ibn As
Mərvan ibn Həkəm
Valid ibn Üqbə
Əbu əl-Əvar
Həbib ibn Məsləmə
Əqil ibn Əbu Talib

Tərəflərin qüvvəsi

80.000

120.000

İtkilər

25.000

40.000

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir.

    Mündəricat

    Döyüşə gedən yol

    Suriya valisi Müaviyə ibn Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.

    Cəməl döyüşündən sonra Əli 657-ci ilin yanvarında Bəsrədən Kufəyə qayıdır. Əlinin elçilər göndərmək və Müaviyəni razı salmaq cəhdləri nəticəsiz qalır. Əli İslam Dövlətinin mərkəzini Mədinədən Kufəyə köçürür. Bu səbəb Əlinin Kufədə tərəfdarlarının çox olması və Kufə daha mərkəzdə mövqedə tutması ilə əlaqədar idi. Əli Kufədə topladığı ordu ilə Müaviyənin nəzarəti altında olan Suriya vilayətini ələ keçirir. İki ordu Fərat çayı boyunca Siffeyndə üz-üzə gəlir.

    Hakim hadisəsi

    Aylarla davam edən kiçik toqquşmalar, atəşkəslər və meydan döyüşlərindən sonra müharibənin zirvəsini təşkil edən Quran hadisəsi baş verir. Müaviyənin əsgərləri nizələrinin ucuna Qurandan parçalar taxırlar ki, bu da yəqin ki, döyüşün nəticəsini Allahın qərar verəcəyi anlamına gəlirdi. Əli Qurana əsaslanan hakim heyətinin yaradılmasına razılıq verir və Əbu Musa əl-Əşarini nümayəndə təyin edir. Əmr ibn Asda Müaviyəni təmsil edirdi.

    Əlinin hakim heyətinin yaradılmasına razılığı onun Müaviyə ilə bərabər mühakimə olunacağı anlamına gəlirdi və bu Müaviyəyə Əlinin müsəlman icmasının rəhbəri olması iddiasını rədd etməyə imkan verirdi. Əlinin hakimin tələbinə boyun əyməsindən narahat olanların böyük bir qrupu "Hökm ancaq Allaha məxsusdur" ayəsini əsas gətirərək bu vəziyyətə etiraz etdilər. Bu qrup hakim heyətinin qurulmasının Quranın "Əgər iki müsəlman dəstəsindən biri digərinə hücum etsə, Allahın əmrinə qayıdana qədər hücum edənlə (hücum edənlə) vuruşun" əmrinə qarşı çıxmaq olduğuna inanırdılar.

    Bu ifrat dindar dəstənin kiçik bir hissəsi Harura kəndinə çəkilir və əsas qrupdan ayrıldıqları üçün xaricilər kimi tanınırlar.

    Bitərəf səhabələr

    Bu döyüşdə hər iki tərəfdən ümumilikdə Məhəmməd peyğəmbərin 24 səhabəsi iştirak etsə də bitərəf mövqe tutanların sayı daha çoxdur. Tarixçi İbn Sirin onların sayının 10 mindən çox olduğunu qeyd edir. Zeyd ibn Sabit, Məhəmməd ibn Məsləmə kimi nüfuzlu şəxslər onlardan bəziləridir. Onların bu döyüşdə iştirak etmələrinin səbəbi Məhəmməd peyğəmbərin bu hadisələri əvvəlcədən xəbər verərək, bu hadisələri fitnə adlandırması və bu hadisələrə qarışmamağı əmr etməsidir. Döyüşdə aktiv olaraq iştirak etməyən şəxslər arasında diqqəti ilk cəlb edənlər Həsən ilə Hüseyndir. Onlar Siffeyndə iştirak etsələr də döyüşmələri ataları tərəfindən qadağan edilmişdir. Onlar döyüşməmiş, insanları və atalarını mənəvi olaraq dəstəkləməklə kifayətlənmişdilər. İbn Kəsrə görə isə Həsən ibn Əli atasının qadağasına görə deyil, sülhsevər olduğuna görə döyüşməmişdir.

    Yusif Tunca görə, bitərəf şəxsləri ümumilikdə aktiv və passif bitərəflər olaraq qruplaşdırmaq mümkündür. Passiv bitərəflərə Məhəmməd ibn Məsləmə, Abdullah ibn Ömər, Zeyd ibn Sabit, Usamə ibn Zeyd kimi şəxləri misal göstərmək olar.

    Aktiv bitərəflər özləri bitərəf qaldıqları kimi başqalarını da bu münqişədən uzaq tutmuş səhabələrdir. Bunlara Əbu Hüreyrəni, Həfsə binti Öməri, Əbu Bərkəni və başqalarını misal göstərmək olar.

    Nəticəsi

    Hakim olayının təfərrüatları müxtəlif mənbələrdə geniş şəkildə dəyişir. Aydın olan budur ki, Əlinin müsəlman cəmiyyətindəki mövqeyi ciddi şəkildə zəifləmişdir.

    658-ci ilin mayında Suriyadakı bəzi tərəfdarları Müaviyəni xəlifə elan edir. Müaviyənin təsir dairəsi indiki İraq və Hicaza (Səudiyyə Ərəbistanının qərbi) doğru genişlənərkən, Əlinin nüfuz dairəsi onun paytaxtı Kufəyə doğru daralır.

    Əli Siffeyn döyüşündən dörd il sonra (661-ci ildə) xaricilər tərəfindən öldürüləndə Müaviyənin xilafətini elan etməsi üçün heç bir maneə yox idi. Müaviyə Əməvilər sülaləsinin ilk xəlifəsi olur.

    İki ordunun itkiləri ilə bağlı səslənən fikirlər ziddiyyətlidir. Bəzi tarixçilər iki ordunun ümumi itkisini 70.000 olaraq qiymətləndirir. Onların 45 mini Müaviyənin, 25 mini isə Əlinin ordusundan olduğu bildirilir.

    Ədəbiyyat

    • Tunc Yusuf. Cemel ve Siffin savaşlarında tarafsız kalan sahabiler.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siffeyn döyüşü haqqında məlumat. Siffeyn döyüşü nədir? Siffeyn döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Mitrofan Qrekov

    • Fevral 27, 2026

      Nizami metrostansiyası

    • Fevral 27, 2026

      Şəfaət

    • Fevral 27, 2026

      Makasar

    • Fevral 27, 2026

      Kalver-Siti

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst