Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci

Bolad

  • Ana Səhifə
  • Vikipediya
  • Bolad

Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri.

Bolad
Doğum tarixi 1240(1240)
Doğum yeri
  • Monqolustan
Vəfat tarixi 26 aprel 1313(1313-04-26) (72–73 yaşında)
Vəfat yeri
  • Arran, Azərbaycan
Fəaliyyəti diplomat, tarixçi, siyasətçi

Mündəricat

Həyatı

1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi.

Səfir kimi

Arqun xan dövrü

7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu.

Keyxatu xan dövrü

1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü. Çao ilk dəfə Bolad ağa sayəsində istifadə olunmağa başladı.

Qazan xan dövrü

1295-ci ildə Qazan xanın taxta çıxması ilə Boladın nüfuzu azalmağa başladı. Boladı monqol yetimləri və gənclərindən ibarət tümənin komandanı təyin etmişdi.

Olcaytu dövrü

Olcaytu xan dövründə baş vəzir olmuşdur.

Son illəri

Bolad ağa Rəşidəddin Həmədaniyə Cəmi ət-Təvarixi yazmaq üçün kömək etmişdir. 1311-ci ildə Ayurbavada xan tərəfindən "Tse knyazı" tituluna layiq görülmüşdür. 1313-cü ildə, Arrandakı "Saray əl-Mənsuriyyə" adlanan mülkündə 73 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bolad haqqında məlumat. Bolad nədir? Bolad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vladimir Smirnov

  • Fevral 27, 2026

    Con Milton

  • Fevral 27, 2026

    Alı Alıyev

  • Fevral 27, 2026

    Fridrix Nitsşe

  • Fevral 27, 2026

    II Abbas

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst