Araz Süleyman oğlu Əhmədov (1963, Biləv, Ordubad rayonu) — Azərbaycan dövlət xadimi, təhlükəsizlik xidməti general-mayoru. 25 iyul 2022-ci ildən etibarən Masallı rayonu İcra Hakimiyyətinin başçısıdır.
| Araz Əhmədov | |
|---|---|
| Araz Süleyman oğlu Əhmədov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | filoloq |
| Təhsili | Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) |
| Fəaliyyəti | dövlət xadimi, hərbçi |
| Tanınır | Masallı Rayon İcra Hakimiyyətinin başçısı |
| Mükafatları | |
| masalli-ih.gov.az | |
Həyatı
Araz Əhmədov 1963-cü ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Altı bacı və dörd qardaşlı ailədə böyümüşdür. Sonradan Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.
Ailəlidir, 1 oğlu və 3 qızı var.
Hərbi fəaliyyəti
Araz Əhmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.
1991-ci ildən etibarən Azərbaycanın təhlükəsizlik orqanlarında çalışmış, Dövlət Təhlükəsizliyi Xidməti İdarəsinin rəisi olmuşdur.
2019-cu ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz Əhmədov haqqında məlumat. Araz Əhmədov nədir? Araz Əhmədov nə deməkdir?
