Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zirə (lat. Carum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinə aid bitki cinsi.

Zirə (bitki)

  • Ana Səhifə
  • Vikipediya
  • Zirə (bitki)

Zirə (lat. Carum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinə aid bitki cinsi.

Zirə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Kərəvizkimilər
Yarımfəsilə:
Kərəvizkimilər
Triba:
Careae
Cins:
Zirə
Beynəlxalq elmi adı
  • Carum L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29609
NCBI  48031
EOL  71049

Mündəricat

Botaniki təsviri

Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.

Yayılması

Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonlaında, Naxçıvanın və Talış dağlıq hissələrində, orta dağ qurşağından alp qurşağına kimi (dəniz səviyyəsindən 800–3200 m hündürlükdə) rast gəlinir. Əsasən meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində bitir.

Tərkibi

Flavonoidlər, kumarinlər, efir və piyli yağlar, steroidlər və digər bioloji fəal maddələrlə zəngindir.

Meyvələrinin tərkibində 3-6% efir yağı, karvon (40-50%), limonen, karvakrol, 20% piy yağları və flavonoidlər vardır. Meyvələrində başlıca olaraq karvon və limonen, aşı maddələri və yağlar (22% qədər) vardır.

Bitki və çiçəklərində flavonoidlər (kverçetin, kempferol və izoramnetin) və asetil tərkibli polin maddələri vardır.

Efir yağı ən azı 4%, nəmliyi 12%, ümumi kül 8%, meyvələrini tərkibində efir yağı 1%, qaralmış kök, gövdə, yarpaq və xarab olmuş nişasta tərkibli hissəciklər 2%, üzvi maddələri isə 0,5-dən çox deyildir.

Təsviri və tətbiqi

Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, habelə baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər. nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu və digər təsirə malikdir.

Yarpaqları və meyvələri keyfiyyətli tərqovucudur. Meteorizminin müalicəsində və mədə qarışıqlarında müvəffəqiyyətlə işlədilir. İştahlandırıcı, spazmolotik (bağırsaq əzələlərini, uşaqlıq, sidik yolu), bronxlardakı seliyi artıran, qadınlarda laktasiyanı gücləndirən xüsusiyyətləri vardır. 2-3 çay qaşığı bitkini 200 ml qaynar suda dəmləmək (termosda) və hər gün içmək lazımdır.

Bronxlarda iltihab mənşəli öskürəklərdə, yumşaldıcı və tərqovucu dərman kimi qastrit, enterkolit, uşaqlarda bağırsaq sancılarında, meteorizm, xroniki atonik qəbizlikdə yaxşı nəticə verir. Südverən analarda laktasiyanı gücləndirir. 1 xörək qaşığı meyvəni 1 stəkan smetanda qarışdıraraq 3 dəqiqə qaynatmaq lazımdır. 1 xörək qaşığı gündə 3 dəfə içmək lazımdır.

Hamilə qadınların qidasında zirə istifadə edilməməlidir.

İstifadə formaları

Cövhər və efir yağı

Dərman bitkisi kimi istifadə olunan növləri

  • Adi zirə (lat. Carum carvi L.)
  • Hind zirəsi və ya Ətirli ayovan (lat. Carum ajowani Benth. et Hook. (=Trachyspermum ammi (L.) Sprague))

Digər növləri

  • Carum apuanum
  • Carum atrosanguineum
  • Carum buriaticum (Buryat zirəsi Turcz.)
  • Carum caucasicum (Qafqaz zirəsi (M.B.) Boiss)
  • Carum diversifolium
  • Carum grossheimii (Qrossheym zirəsi Schischk.)
  • Carum incrassatum
  • Carum heldreichii
  • Carum Komarovii (Komarov zirəsi Karjag.)
  • Carum meifolium
  • Carum multiflorum
  • Carum porphyroleon
  • Carum rigidulum
  • Carum verticillatum

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zirə (bitki) haqqında məlumat. Zirə (bitki) nədir? Zirə (bitki) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aqop Balyan

  • Fevral 27, 2026

    Şamlı

  • Fevral 24, 2026

    Zərdüştilik

  • Fevral 23, 2026

    7 may

  • Fevral 25, 2026

    Qərbi Benqaliya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst