Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyə

Lamiyyə Ələkbərova

  • Ana Səhifə
  • Vikipediya
  • Lamiyyə Ələkbərova

Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən "Mədəniyyət" televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı, 2023-cü ilin dekabr ayından etibarən MTV Azerbaijan kanalında Musiqi departamentinin direktoru.

Lamiyə Ələkbərova
Mədəniyyət televiziya kanalının direktor müavini
Vəzifədədir
2018-ci ildən
    Lider TV-də direktor müavini
    2006 – 2017
    MTV Azerbaijan-da Musiqi departamentinin direktoru
    2023 – vəzifədədir
    Şəxsi məlumatlar
    Doğum tarixi 2 sentyabr 1973 (52 yaş)
    Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ

    Mündəricat

    Həyatı

    Təhsili

    Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub.

    1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir.

    Karyerası

    • Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır.

    AzTV

    • 1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.

    Lider TV

    • 2006-cı ildən 2017-ci illərə qədər Lider televiziyasında baş rejissor, teleaparıcı və Lider televiziyasının direktor müavini vəzifələrində çalışmışdır. 2006–2019-cu illərdə həyat tərzi, super stil, dəbdən-dəbə kimi verilişlərinin müəllifi və aparıcısı olub. Bununla yanaşı Lider televiziyasında 2015-ci il olimpiya oyunlarının aparıcısı olub.

    İTV

    • 2017–2018-ci illərdə İctimai televiziyada (İTV) Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində çalışıb.

    Mədəniyyət TV

    • 2018-ci ildən isə Azərbaycan Televiziyasının (AZTV) Mədəniyyət kanalında direktor müavini vəzifəsində çalışır.

    Kanal S

    • 2023-cü ilin noyabr ayından etibarən "Kanal S" kanalında "Həyat Tərzi" verilişini aparmağa başlayıb.

    MTV Azerbaijan

    • 1 dekabr 2023-cü ildən etibarən MTV Azerbaijan kanalının musiqi departamentinin direktoru təyin olunub.

    Ailəsi

    Ailəlidir, 2 oğlu var.

    Uğurları

    • 2019-cu ilin sentyabr ayında "Sərhəd mühafizəsinin 100 illiyi münasibətilə" Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən medalla təltif edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lamiyyə Ələkbərova haqqında məlumat. Lamiyyə Ələkbərova nədir? Lamiyyə Ələkbərova nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 25, 2026

      Yer səthi

    • Fevral 27, 2026

      Qaqra

    • Fevral 27, 2026

      Ramiz Mustafayev

    • Fevral 27, 2026

      The Doors

    • Fevral 27, 2026

      Tuna

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst