Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maks Teyler (ing. Max Theiler; 30 yanvar 1899[…], Pretoriya – 11 avqust 1972[…], Nyu-Heyven) — amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf

Maks Teyler

  • Ana Səhifə
  • Vikipediya
  • Maks Teyler

Maks Teyler (ing. Max Theiler; 30 yanvar 1899[…], Pretoriya – 11 avqust 1972[…], Nyu-Heyven) — amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb. Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir.

Maks Teyler
Max Theiler
Doğum tarixi 30 yanvar 1899
Doğum yeri Cənubi Afrika, Pretoriya
Vəfat tarixi 11 avqust 1972 (73 yaşında)
Vəfat yeri ABŞ, Konnektikut
Vəfat səbəbi ağciyər xərçəngi
Vətəndaşlığı Cənubi Afrika Respublikası, ABŞ
Elm sahələri virusologiya, bakteriologiya, biologiya
İş yerləri
  • Harvard Universiteti,
  • Rokfeller Universiteti
Alma-mater Keyptaun Universiteti
Təhsili
  • London Kral Kolleci,
  • Rodes Universiteti[d],
  • Pretoriya Oğlanlar Məktəbi[d]
Mükafatları Nobel mükafatıNobel mükafatı (1951)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916–1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur.

1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur. 1930-cu ildə Rokfeller Fondunun (Nyu-York Uluslararası Sağlamlıq Bölümünə qoşulur, 1951-ci ildən həmin fondda Tibb və Səhiyyə bölümünün laboratoriya direktoru olur.

1928-ci ildə Lilian Grehemlə ailə qurub, 1 qızı var.

Elmi işləri

Onun ilk işləri amöb dizenteriyasına və siçovul dişləməsi qızdırması ilə əlaqəlidir. O, 1927-ci ildə öz həmkarları ilə birgə sübut edir ki, sarı qızdırmanın törədicisi bakteriya yox, filtrdən keçriləbilən virusdur. O, həm də göstərə bildi ki, bu xəstəlik siçanlara da keçə bilər. Ondan əvvəl laborator eksperimentlər meymunlarda aparılırdı: sınağlarda siçanların istifadə edilməsi tədqiqata lazım olan pul məbləğinin xeyli azalmasına gətirib çıxardı. 1930-cu ildə Rokfeller fondu sarı qızdırmaya qarşı mübarizə edirdi. Maks Teiler həmkarları ilə birgə kütləvi istehsala hazır olan təhlükəsiz, standartlaşmış peyvənd düzəldir.

Onun digər elmi işləri bəzi yoluxucu xəstəliklərin səbəbi və immunoloji mexanizmlərinə həsr edilmişdi: leptospiroz, denge qızdırması, yapon ensefaliti. Laborator siçanlarında tapdığı poliomiyelitə oxşar xəstəliyə hazırda Teiler xəstəliyi (ensefalomiyelit).

İki tədqiqat işinin rəhbəri olub: İnsanda virus və rikketsia infeksiyaları (1948) və Sarı qızdırma (1951). The American Journal of Tropical Medicine (Amerikanın Tropik Təbabət Jurnalı) və Annals of Tropical Medicine and Parasitology (Tropik Təbabət və Parazitologiyanın Salnamələri) jurnallarında bir çox məqalənin müəllifidir.

Ödüllər

  • Tropik Təbabət və Higiyena üzrə Kral Cəmiyyətinin Çalmer Medalı (London, 1939)
  • Flatteri Medalı (Harvard, 1945)
  • Lasker Fondunun Lasker Ödülü (1949)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maks Teyler haqqında məlumat. Maks Teyler nədir? Maks Teyler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bocquillonia longipes

  • Fevral 27, 2026

    Lirika

  • Fevral 27, 2026

    Xudafərin şəhristanı

  • Fevral 27, 2026

    Bərabəryanlı trapesiya

  • Fevral 26, 2026

    Kirena məktəbi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst