Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə "Hillside Stranglers"

Ancelo Buono

  • Ana Səhifə
  • Vikipediya
  • Ancelo Buono

Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə "Hillside Stranglers" kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar.

Angelo Buono
ing. Angelo Anthony Buono Jr.
Ləqəbi "The Hillside Strangler"
Doğum tarixi 5 oktyabr 1934(1934-10-05)
Doğum yeri
  • Roçester[d], Nyu-York ştatı
Vəfat tarixi 21 sentyabr 2002(2002-09-21) (67 yaşında)
Vəfat yeri
  • Kalipatriya[d], Kaliforniya
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
  •  ABŞ
Qətllər
Qurbanların sayı 10
Qətllərin dövrü 16 oktyabr 1977 - 16 fevral 1978
Qətllərin yeri Kaliforniya
Həbs tarixi 22 oktyabr 1979
Cəzası ömürlük azadlıqdan məhrumetmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Uşaqlıq və gənclik illəri

Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı.

Cinayətlər

1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar:

  • Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il
  • Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il
  • Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il
  • Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il
  • Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il
  • Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il
  • Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il
  • Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il
  • Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il
  • Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci il

Buono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər. Hətta cinayətləri törədərkən Biançi Los-Anceles Polis Departamentində iş üçün müraciət etdi və "Hillside Stranglers"-i axtararkən polis əməkdaşları ilə bir neçə dəfə axtarışda iştirak etdi. Onlar on birinci cinayəti yöndəmsiz gördükdən qısa müddət sonra Biançi Los-Anceles Polis Departamentində polis gəzintilərində iştirak etdiyini Buonoya açıqladı və hal-hazırda "Hillside Stranglers" işi ilə əlaqədar dindirildiyini bildirdi. Buono qəzəbləndi və Vaşinqtonun Bellinqham şəhərinə köçməyəcəyi təqdirdə Biançini öldürməkdə hədələdi. 1978-ci ilin mayında Biançi Bellinqhama köçdü.

İstintaq

Buonoya qarşı məhkəmə işi əsasən Biançinin ifadələrinə əsaslanırdı. Biançinin etibarsız və əməkdaşlıq etməyən bir şahid olduğuna qərar verərək, işin əsl prokurorları Buonoya qarşı irəli sürülən bütün ittihamları rədd edərək onu sərbəst buraxmaq üçün işə başladılar. Sədrlik edən hakim Ronald M. Corc Buononu sərbəst buraxmaqdan imtina etdi və işi Kaliforniya Baş prokuroru Corc Dokmecanın ofisinə təyin etdi.

Buononun məhkəməsi 1981-ci ilin noyabrından 1983-cü ilin noyabrına qədər davam edən Amerika hüquq tarixində ən uzun müddət oldu. Məhkəmə zamanı Biançi yüngül cəza qarşılığında Buonoya qarşı ifadə verdi. Hakimlər heyəti Buonoyu doqquz qətldə günahlandırdı və o, ömürlük azadlıqdan məhrum edildi, hakim Corc ölüm hökmünün müvafiq cəza olacağını qeyd etdi.

Həbs cəzası, ölüm və nəticə

1986-cı ildə Buono Kristina Kizuka ilə evləndi. O, 2002-ci ildə vəfat etdi. Onun bədəni yandırıldı. 2007-ci ildə Buononun nəvəsi Kristofer Buono nənəsi Meri Kastilonu başından vurduqdan sonra bir müddət sonra intihar etdi. Kastilo bir vaxtlar Buono ilə evli idi və onunla birlikdə beş uşağı, o cümlədən, Krisin atası var. Kris Buono 2005-ci ilə qədər babasının əsl kimliyindən xəbərsiz idi.

Mətbuatda

1989-cu ildə "Hillside Stranglers Case" filmində Buono aktyor Dennis Farina tərəfindən canlandırılmışdır. 2004-cü ildə "The Hillside Strangler" filmində Buono obrazını Nikolas Turturro oynayıb və 2006-cı ildə "Rampage: The Hillside strangler murders" isə həmin obraz Tomas Arana tərəfindən canlandırıldı.

Həmçinin bax

  • ABŞ-da seriyalı qatillərin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ancelo Buono haqqında məlumat. Ancelo Buono nədir? Ancelo Buono nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehdişəhr şəhristanı

  • Fevral 27, 2026

    Qubad İbadoğlu

  • Fevral 27, 2026

    Süngərlər

  • Fevral 27, 2026

    Arximed qanunu

  • Fevral 27, 2026

    Sədrəzam

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst