Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifz

Fiziologiya İnstitutu

  • Ana Səhifə
  • Vikipediya
  • Fiziologiya İnstitutu

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir.

Fiziologiya İnstitutu
Loqonun şəkli
Tabelik Azərbaycan Milli Elmlər Akademiyası
Ölkə
  •  Azərbaycan
Sayt elm.az/az/physiology/ind…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır.

Fəaliyyət istiqamətləri

  • Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları.
  • Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi;
  • Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri;
  • Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi;
  • Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri;
  • Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri;
  • Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi;
  • Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri;
  • Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi;
  • Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi;
  • Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri;
  • Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.

Tabeliyindəki qurumlar

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya Institutu
  • "Uzunömürlülüyün fiziologiyası" laboratoriyası
  • "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyası
  • "Ontogenezin biokimyası" laboratoriyası
  • "Ekotoksikologiya" laboratoriyası
  • "Mühit amilləri və analizatorların formalaşması" laboratoriyası
  • "Hüceyrə metabolizminin fiziologiyası" laboratoriyası
  • "Neyrofiziologiya" laboratoriyası
  • "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyası
  • "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyası
  • "Görmənin fiziologiyası" yaradıcı qrupu
  • "Kliniki neyrofiziologiya" laboratoriyası
  • "Vivari" qrupu
  • "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyası

Həmçinin bax

  • Zoologiya İnstitutu (Azərbaycan)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fiziologiya İnstitutu haqqında məlumat. Fiziologiya İnstitutu nədir? Fiziologiya İnstitutu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoakin Feniks

  • Fevral 27, 2026

    Horadiz əməliyyatı

  • Fevral 27, 2026

    Cornales

  • Fevral 27, 2026

    Rəssamlıq

  • Fevral 27, 2026

    45 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst