Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Leontyeviç Mil (rus. Михаил Леонтьевич Миль; 22 noyabr 1909, İrkutsk – 31 yanvar 1970, Moskva) Sovet aerokosmik mühəndisi olmuşdur. Dünyaca məşhur Sovet

Mixail Mil

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Mil

Mixail Leontyeviç Mil (rus. Михаил Леонтьевич Миль; 22 noyabr 1909, İrkutsk – 31 yanvar 1970, Moskva) Sovet aerokosmik mühəndisi olmuşdur. Dünyaca məşhur Sovet istehsalı "Mi" seriyalı helikopterlərin istehsalı ilə məşğul olan Mil Moskva Helikopter Zavodunun qurucusudur.

Mixail Mil
Михаи́л Лео́нтьевич Миль
Doğum tarixi 22 noyabr 1909
Doğum yeri İrkutsk, Rusiya İmperiyası
Vəfat tarixi 31 yanvar 1970 (60 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya İmperiyası
SSRİ SSRİ
Milliyyəti rus
İxtisası Mühəndis
Təhsili
  • Cənubi Rusiya Dövlət Texniki Universiteti[d],
  • Tomsk Politexnik Universiteti
Fəaliyyəti hərbi uçuş mühəndisi[d], mühəndis
Elmi dərəcələri
  • texnika elmləri namizədi (1943),
  • texnika elmləri doktoru (1945)
Elmi adı
  • professor[d]
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Tanınır Mil Moskva Helikopter Zavodu
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni2-ci dərəcəli "Vətən müharibəsi" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı ulduz" ordeni
"Lenin" mükafatıSSRİ Dövlət mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Mixail Mil 1909-cu ildə İrkutskda anadan olmuşdur. Atası Trans-Sibir Dəmiryolu işçisi, anası isə diş həkimi olmuşdur. Latviyanın Liepaya şəhərindən hərbi xidmətə çağırılmış babası 25 il Rusiya İmperator Donanmasında xidmət etdikdən sonra Sibirdə məskunlaşmışdır.

Mil aviasiya sahəsində ilk mükafatını hələ 12 yaşı olarkən qazanmışdır. O, 1926-cı ildə Tomsk şəhərində yerləşən Sibir Texnologiya İnstitutuna daxil olmuş, lakin burada aviasiya mühəndisi ixtisası olmadığına görə 1928-ci ildə bu sahədə ixtisaslaşmaq məqsədilə Novoçerkassk şəhərində yerləşən Don Politexnik İnstitutunda təhsilini davam etdirməyə başlamışdır. 1932-ci ildə P.G. Rudenko ilə ailə həyatı qurur.

Məzun olduqdan sonra Mərkəzi Aerohidrodinamik İnstitutunda (TsAGI) işləməyə başlamışdır. O, burada gələcək rəqibi olacaq Nikolay Kamovun köməkçisi vəzifəsində xidmət edirdi. İkinci dünya müharibəsinin başlamasına görə Mil Qırmızı Ordu sıralarına çağırılmış və 1941-ci ildə Şərq Cəbhəsində almanlara qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. 1943-cü ildə döyüş aviasiyasının idarə olunmasının və stabilliyinin inkişaf etdirilməsi proqramında iştirak etməsi məqsədilə geriyə çağrılmışdır. 1947-ci ildə dissertasiyalarını tamamladıqdan sonra TsAGI-nin Helikopter Laboratoriyasına müdir təyin olunmuşdur. Sonradan bu müəssisə Moskva Helikopter Zavodu adlandırılmışdır.

Mixail Mil işlədiyi dövr ərzində bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş, 69 dünya rekordu gerçəkləşdirmişdir. 1958-ci ildə onun dizayn etdiyi Mil Mi-4 helikopteri Brüssel Beynəlxalq Sərgisində qızıl medal qazanmışdır. 1971-ci ildə ölümündən sonra Mil Mi-12 helikopteri "Sikorski" mükafatına layiq görülmüşdür.

Mixail Mil 31 yanvar 1970-ci il tarixində Moskva şəhərində vəfat etmişdir.

Həmçinin bax

  • Mil Mi-24
  • Mil Mi-17
  • Mil Mi-8

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Mil haqqında məlumat. Mixail Mil nədir? Mixail Mil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qobustan (şəhər)

  • Fevral 27, 2026

    Picin

  • Fevral 27, 2026

    Maşın kodu

  • Fevral 27, 2026

    Plateya

  • Fevral 27, 2026

    Ogüst Lümyer

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst