Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərb

Naxçıvan TV

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan TV

Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır.

NTV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Naxçıvan Muxtar Respublikası
Dil Azərbaycan dili
Yaranma tarixi 12 mart 1963
Sahibi Naxçıvan Muxtar Respublikası
Qardaş kanallar Naxçıvan radiosu
Sayt ntv.az

Mündəricat

Tarixi

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 12 mart 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb.

2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır.

2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır.

1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır. Tezliklə televiziyanın Azerspace-1 peykində tezlik 11133 polarizasiya Horizontal senbol sürəti 30000 tezlikində test yayımına başlanılıb.

30 may 2025-ci ildən etibarən loqotipini dəyişdirmiş və eyni zamanda Azerspace-1 peykində normal yayıma başlamışdır.

Əlaqə

Ünvan: Azərbaycan Respublikası, Naxçıvan şəhəri, 

İstiqlal küçəsi, 82, AZ7000, 

Naxçıvan Dövlət Teleradiosu

Tel.: (+994 36) 545–03–67

(+994 36) 544–07–11

Faks: (+994 36) 544–07–10
E-mail: []

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan TV haqqında məlumat. Naxçıvan TV nədir? Naxçıvan TV nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinxay inqilabı

  • Fevral 27, 2026

    Ziyadoğulları

  • Fevral 27, 2026

    Milliyyətçilik

  • Fevral 27, 2026

    TRT

  • Fevral 27, 2026

    Nasir Xosrov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst