Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964).

Bala Nəzərov

  • Ana Səhifə
  • Vikipediya
  • Bala Nəzərov

Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964).

Bala Nəzərov
Doğum tarixi 10 avqust 1921
Doğum yeri
  • Balaxanı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 26 noyabr 2005 (84 yaşında)
Elm sahəsi Cərrahiyyə
Elmi adı Tibb elmləri namizədi
İş yerləri Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə, Balaxanıda 5 saylı ambulatoriyada, Lerik rayon səhiyyə şöbəsinin, Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının, 13 saylı tibbi-sanitar hissəsinin, Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya, “Zakfederasiya” adına poliklinikasının, Xəzər Gəmiciliyinin poliklinikasında
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı  1941-1945-ci illər Böyük Vətən müharibəsində şücaətli əməyə görə medalı  1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Qələbənin 20 illik yubileyi medalı  Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə medalı Qırmızı Əmək Bayrağı ordeni (SSRİ)

Azərbaycan SSR-in əməkdar həkimi

Həyatı

Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir.

Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.

1951-ci ildə Bala Nəzərov Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. 1955-ci ildən 5 saylı birləşmiş xəstəxananın əsasında təşkil olunmuş 13 saylı tibbi-sanitar hissəsinin (indiki 26 saylı Birləşmis Şəhər Xəstəxanası) baş həkimi işləməyə başlayır.

1966-cı ildə isə Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəz) baş həkim təyin olunmuşdur. Həmin vaxt xəstəxanada 1915-ci ildə tikilmiş və tamamilə yararsız vəziyyətdə olan bir mərtəbəli baraklar hal-hazırda mövcud olan korpuslarla əvəz olunmuşdur.

1988-ci ildən 1996-cı ilə qədər “Zakfederasiya” adına poliklinikasının baş həkimi, 1996-cı ildən həyatının sonuna qədər Xəzər Gəmiciliyinin poliklinikasında həkim cərrah vəzifəsində işləmişdir

2005-ci ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bala Nəzərov haqqında məlumat. Bala Nəzərov nədir? Bala Nəzərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Korpus (hərbi)

  • Fevral 27, 2026

    Kürdəxanı

  • Fevral 27, 2026

    Silviya Rayt

  • Fevral 27, 2026

    Şirvan şəhristanı

  • Fevral 27, 2026

    Yuliya Mameya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst