Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Almaniya Federativ Respublikası və ya Münxen) — alman futbol mütəxəssisi.
| Silviya Rayt | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | alm. Sissy Raith | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | Münhen, Qərbi Almaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 1,64 ± 0,001 m | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | müdafiəçi/yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub.
Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Silviya Rayt haqqında məlumat. Silviya Rayt nədir? Silviya Rayt nə deməkdir?