Kürəkçay — Azərbaycanın Goranboy, Göygöl və Yevlax rayonları ərazisindən axan çay, Kürün sağ qolu. Uzunluğu 186 km, hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi Murovdağ silsiləsinin şimal yamacından (3100 m) başlayır. Başlıca qolları sağdan, Gorançay (uzunluğu 33 km), Ağsuçay (uzunluğu 15 km) soldan isə Korçay (uzunluğu 38 km), Azadçay (uzunluğu 18 km) çaylarıdır.
| Kürəkçay | |
|---|---|
| |
| |
| Ölkə | |
| Rayonlar | |
| Mənbəyi | Murovdağ |
| • Yüksəkliyi | 3100 m |
| Mənsəbi | Göygöl |
| Uzunluğu | 186 km |
| Su sistemi | Göygöl/Kür/Xəzər dənizi |
| Su hövzəsi | Xəzər dənizi |
| Hövzəsinin sahəsi | 2080 km² |
![]() mənbəyi mənsəbi Kürəkçay Qafqazın fiziki xəritəsində | |
Çayın hövzəsində bir sıra göllər vardır. Bunlardan ən böyüyü Göygöl və Maralgöldür.
Axımı əsasən yeraltı (47%) və qar (43%), qisman də yağış (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir. İntensiv suvarma dövründə illik axımının 20%-i axır.
Çayın orta illik asılı gətirmələr sərfi 1,16 kqysan, lillənməsi isə 73 q/kub m-dir. Maksimum lillənmə may-iyun aylarında müşahidə edilir. Suyu orta minerallaşmaya (150-350 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə edilir. Üzərində balıq yetişdirən zavod vardır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kürəkçay haqqında məlumat. Kürəkçay nədir? Kürəkçay nə deməkdir?



