Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Franko Modilyani (ing. Franco Modigliani; 18 iyun 1918[…], Roma – 25 sentyabr 2003[…], Kembric, Massaçusets) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlı

Franko Modilyani

  • Ana Səhifə
  • Vikipediya
  • Franko Modilyani

Franko Modilyani (ing. Franco Modigliani; 18 iyun 1918[…], Roma – 25 sentyabr 2003[…], Kembric, Massaçusets) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Franko Modilyani
ing. Franco Modigliani
Doğum tarixi 18 iyun 1918
Doğum yeri Roma  İtaliya
Vəfat tarixi 25 sentyabr 2003 (85 yaşında)
Vəfat yeri Massaçusets ABŞ ABŞ
Milliyyəti  İtaliya
Elm sahəsi Maliyyə
İş yerləri İllinoys Universiteti, Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu
Təhsili
  • Yeni məktəb (Nyu-York),
  • Sosial Tədqiqatlar üçün Yeni Məktəb[d]
Elmi rəhbəri Ceykob Marşak
Tanınır Modilyani-Miller teoremi, Həyat dövrləri hipotezi, MPS modeli
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1949),
  • Dei Linçei Akademiyası (1991)
Mükafatları Nobel mükafatı 1985 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi. 1948-ci ildə İllinoys Universitetinə iqtisadiyyat professoru kimi təyinat almışdı. 1950-1960-cı illərin əvvəllərinə qədər ABŞ-də Karnegi Mellon Universitetinin Sənaye Müəssisəsi Məzunları Məktəbində professor olaraq işləmişdi. Franko Modilyani 1962-ci ildə Massaçusets Texnologiya İnstitutuna professor kimi təyinat almış və ömrünün sonuna qədər orada dərs keçmişdi. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

Franko Modilyani 25 sentyabr 2003-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində 85 yaşında olarkən vəfat etmişdi.

Fəaliyyəti

Franko Modilyani iqtisadiyyata iki yeni töhfəsi ilə məşhurlaşmışdı:

  • İqtisadiyyatın ümumi qənaət həcmini açıqlamaqla bağlı həyat dövrləri hipotezini meydana gətirmişdi. Bu hipotezə görə bir iqtisadiyyatda fərdlər həyatları boyunca stasionar-balanslı istehlak səviyyəsini qorumaq məqsədi güdürlər. Buna görə də fərdlər iş həyatına başladığı zaman borclanıb heç qənaət etməməkdə, iş həyatlarını təkmilləşdirdikcə qənaət edib köhnə borclarını ödəyib təqaüdə çıxdığı zamanda gəlirləri olmadığı vaxtdakı istehlaklarını qarşılamaq üçün qənaət edib kapital yaratmaqda və təqaüd vaxtlarında isə əvvəlki qənaətlərindən istifadə etməkdədirlər.
  • Başqa bir ABŞ iqtisadçısı Merton-Millerlə birlikdə şirkət maliyyəsi haqqında Modilyani-Miller teoremini meydana gətirmişdi. Bu teoremə görə müəyyən xüsusi və realistik bir sıra ehtimallar baş verərsə, bir firmanın istehsalını maliyyələşdirməsi üçün səhm sənədlərinin satışı metodunu istifadə etməsi ilə əmtəəni bazardan borc alma metodu ilə maliyyə mənbəyi tapmağı arasında firmanın dəyərinə təsirləri baxımından heç bir fərq yoxdur.

Əsərləri

  • 1980 - Franko Modilyaninin toplanmış yazıları. (Endryu B.Abel və Simon Consonla birlikdə). ISBN 0-262-13150-1.
  • 1996 - Kapital bazarı: İnstitutlar və alətləri. (Fabozzi və J.Frenklə birlikdə). ISBN 0-13-300187-3
  • 1998 - Maliyyə bazarları və İnstitutların fondları. (Fabozzi, Mikhail G.Ferri və J.Frenklə birlikdə). ISBN 0-13-686056-7.
  • 2001 - Bir iqtisadçının sərgüzəştləri. ISBN 1-58799-007-5.

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Franko Modilyani haqqında məlumat. Franko Modilyani nədir? Franko Modilyani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsəd Oktay

  • Fevral 27, 2026

    Bazilika

  • Fevral 27, 2026

    Tehran Mənsimov

  • Fevral 27, 2026

    Qalxan

  • Fevral 27, 2026

    Hicab

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst