Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz.

Adriatik dənizi

  • Ana Səhifə
  • Vikipediya
  • Adriatik dənizi

Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz.

Adriatik dənizi
it. Mare Adriatico
lat. Mare Adriaticum
Ümumi məlumatlar
Mütləq hündürlüyü 0 m
Sahəsi
  • 138.595 km²
Eni 200 km
Dərin yeri 3719 m
Duzluluğu 35-38 ‰
Yerləşməsi
43° şm. e. 15° ş. u.HGYO
Ölkələr
  •  İtaliya
  •  Xorvatiya
  •  Albaniya
  •  Sloveniya
  •  Şimali Makedoniya
  •  Bosniya və Herseqovina
Üst akvatoriyası
  • Aralıq dənizi
Yerləşməsi Avropa
Adriatik dənizi xəritədə
Adriatik dənizi
Adriatik dənizi
Adriatikdənizi (İtaliya)
Adriatik
dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s.Bu dəniz İtaliya (1000 km-dən çox), Sloveniya (47 km), Xorvatiya (1777 km), Bosniya və Herseqovina (20 km), Monteneqro (200 km), Albaniya (472 km) sahillərini yuyur.

Coğrafiyası

Adriatik dənizinin sahəsi 139 min km², dərinliyi dənizin şimal hissəsində 20 m-dən cənub-şərq hissəsində 1230 m-ə qədərdir. Dibi şimal-qərbdən cənub-şərqə doğru tədricən yamaclı çuxurdur.Cənub hissəsində Otranto boğazı vasitəsilə İon dənizi ilə birləşir. O, quruya 796 kilometr uzanır, dənizin eni 93 kilometrdən 200 kilometrə qədərdir.

Qərb sahilləri əsasən adüzənlik, şərq sahilləri dağlıqdır. Şimal-qərb və qərb sahilləri alçaq, bəzən laqunaldır: dənizin bu hissəsi çayların (əsasən Po və Adige) çöküntüləri ilə doludur.Şərq sahillərinin yaxınlığında, Balkan yarımadasının qərb hissəsi çökən zaman dağlararası vadiləri su altında qalan Dinar yüksəkliklərinin sahil silsilələrinin zirvələri olan Dalmatiya adaları yerləşir. Sahillər körfəzlərlə çox girintilidir və limanlarla zəngindir. Əsas körfəzlər Venesiya, Trieste və Manfredoniyadır. Sahildən kənar dəniz dərindir, bu da naviqasiyanı asanlaşdırır. Ən böyük sahil adaları: Krk (405 km²), Cres (405 km²), Brac (395 km²), Hvar (300 km²), Pag (285 km²) və Korcula (276 km²).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adriatik dənizi haqqında məlumat. Adriatik dənizi nədir? Adriatik dənizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Şərqi Pakistan

  • Fevral 24, 2026

    Macarlar

  • Fevral 23, 2026

    Qafqaz cəbhəsi

  • Fevral 23, 2026

    11 yanvar

  • Fevral 23, 2026

    Şəxs

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst