Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əh

Zaparojya Seçi

  • Ana Səhifə
  • Vikipediya
  • Zaparojya Seçi

Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.

Rusiya İmperiyasının (1751) hakimiyyəti altında qalan Kazak Hetmanlığı və Zaparojya Seçilərinin torpaqları

Mündəricat

Etimologiyası

Seç içərisində kilsələr, köməkçi tikililər və yaşayış yerləri (kurenlər) olan bir istehkam idi. Kazak komandanlığının yerləşdiyi yerin adı - Seç - "sekti", "vısekat" sözündən gəlir. O, yaşayış məntəqəsini əhatə edən, yonulmuş iti üclarları olan çastokol ilə əlaqələndirilir (bəzən Seç qala quruluşunu ifadə etmək üçün “palanka” sözü işlədilirdi). Seç bütün hərbi işlərin fəaliyyətinin və idarə olunmasının mərkəzi, aşağı kazaklara başçılıq edən bütün əsas ağsaqqalların (yəni Dnepr çayının aşağı axarında, eləcə də müasir Rumıniya, Macarıstan, Slovakiya və Moldova ərazilərində fəaliyyət göstərənlərin) iqamətgahı idi. Tez-tez "Seç" sözü ilə (və ya onun əvəzinə) "Koş" sözü istifadə olunurdu. Zaporojye kazakları "Seç" sözündən istifadə edərkən, ilk növbədə, ordunun daimi paytaxtını, "Koş" sözü ilə isə hər hansı, həmçinin ordunun müvəqqəti düşərgəsini, yəni istənilən hərbi düşərgəni nəzərdə tuturdular. Beləliklə, bəzən Zaporojye Seçi, bəzən də kampaniyalar zamanı ordunun müvəqqəti qərargahı Zaporojye Koşu adlandırıldı. Məktublardakı imzaları bunu izah edir: «Дан на Кошу Сечи Запорожской», yəni Zaporojye Seçində, «Дан с Коша при Буге» - Buq yaxınlığındakı müvəqqəti düşərgə. Zaporojye kazakları hərbi idarəetmə orqanını da "koş" adlandırdılar, çünki kazak düşərgəsi hərbi düşərgə olaraq qalırdı və öz qanunları ilə idarə olunduğundan, əsas qərarları bütün düşərgə (kazak dairəsi), yəni koş qəbul edirdi.

Zaporojian Seçinin başlanğıcı

Dnepr çayının aşağı axınında kazakların peyda olması haqqında məlumatlar 15-ci əsrin sonlarına aiddir(bəlkə də bu daha əvvəl baş vermişdi). Dnepr çayının aşağı axarında möhkəmləndirilmiş kazak düşərgəsinin (Seç) yaradılması haqqında ilk yazılı qeyd 1492-ci ildə Polşa salnaməçisi Martin Bielski tərəfindən qoyulmuşdur. Salnaməçinin dediyinə görə, kazaklar yayda Dnepr çayı boyunca ticarətlə məşğul olurdular (balıqçılıq, ovçuluq, maldarlıq, eləcə də sənətkarlıq və ticarət), qışda isə Koşda adada təhlükəsiz yerdə odlu silah və toplarla silahlanmış 100-200 kazakdan ibarət dəstə şəklində “girov” qoyub ən yaxın şəhərlərə (Kiyev, Lvov, Baxçasaray, Krakov, Rostov, Çerkassı və s.) dağıldılar. Əgər həmin illərin rus, polyak, türk və macar salnamələrinə və xronikalarına baxsaq, ayrı-ayrı seçlərin Zaporojye Seçində birləşməsi yəqin ki, 1590-cı illərdə və ya hətta 17-ci əsrin əvvəllərində baş verib. Tədqiqatçı V. A. Qolobutski də ilk Seçin meydana gəlməsini məhz bu dövrə aid edir.

Ukrayna kazaklarının ilk atamanı Evstafiy Daşkeviç olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zaparojya Seçi haqqında məlumat. Zaparojya Seçi nədir? Zaparojya Seçi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Sever

  • Fevral 27, 2026

    Tomas Sankara

  • Fevral 23, 2026

    Hənifə Terequlov

  • Fevral 27, 2026

    Klassik musiqi

  • Fevral 27, 2026

    Aberdin Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst