Herodot (yun. Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς: Hērodotos Halikarnāsseus; təq. e.ə. 484, Halikarnas – təq. e.ə. 425, Pella[d], Makedoniya və Frakiya) — qədim yunan tarixçisi.
| Herodot | |
|---|---|
| Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς | |
| |
| Doğum tarixi | təq. e.ə. 484 |
| Doğum yeri | |
| Vəfat tarixi | təq. e.ə. 425 (58–59 yaşında) |
| Vəfat yeri |
|
| Elm sahələri | tarix, siyasət |
O "Tarix" əsərinin müəllifidir. Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında Kaspilərin adını çəkir. Herodot bəşəriyyət tarixi boyunca ilk tammiqyaslı tarix traktatının müəllifidir. Onun "Tarix" əsərində yunan-fars müharibələri və həmin dövrün xalqlarının adət-ənənələri və yaşayışı təsvir edilir. Herodotun işləri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.
Həyatı
Herodot Kiçik Asiyada, əhalisi dorilərdən ibarət olan Halikarnas şəhərində doğulmuşdur. Herodot gəncliyində zülmkar Liqdamidaya qarşı mübarizə aparan partiyaya aid idi. Buna görə onu təqib edirdilər. Buna görə qaçaraq Samos şəhərində yaşamış, daha sonra isə uzunmüddətli səyahətə çıxmışdır. O Babilistan, Assuriya, Misir, Kiçik Asiya, Şimali Qara dəniz, Peloponnesdən Makedoniya və Frakiyaya qədər Balkan yarımadasını gəzib dolandı. E.ə 446-cı ildə Herodot Afinaya gəldi. Burada o Periklin yaxın dairəsiylə yaxınlaşdı. Bu vaxt "Tarix" kitabının böyük hissəsi artıq yazılmışdı. Belə ki, Herodot kitabdan bəzi hissələri afinalılar üçün oxuyurdu. O, e.ə. 425-ci ildə vəfat etmişdir.
"Tarix" əsəri
- I Kitab — Klio
- II Kitab — Yevterpa
- III Kitab — Taliya
- IV Kitab — Melpomena
- V Kitab — Terpsixora
Həmçinin bax
- Arimasplar
Ədəbiyyat
- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Herodot haqqında məlumat. Herodot nədir? Herodot nə deməkdir?
