Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qviana yaylası (isp. Escudo de Guayana) — uzunluğu təxminən 1 930 km, hündürlüyü 300–1000 m olan və Cənubi Amerikanın şimalında yerləşən dağlıq yaylası. Amazon

Qviana yaylası

  • Ana Səhifə
  • Vikipediya
  • Qviana yaylası

Qviana yaylası (isp. Escudo de Guayana) — uzunluğu təxminən 1 930 km, hündürlüyü 300–1000 m olan və Cənubi Amerikanın şimalında yerləşən dağlıq yaylası. Amazon və Orinoko çaylarının hövzələri arasındadı. Yayla Venesuela, Qayana, Surinam, Qviana və Braziliya kimi ölkələrin ərazisində yerləşir. Venesuela, Braziliya və Qayananın sərhədində yerləşən ən hündür zirvəsi Rorayma dağı (hündürlüyü 2 810 metrdir) yaylanın ən yüksək hissəsini formalaşdırır.

Qviana yaylasının sərhədləri

Subekvatorial iqlim qurşağına daxildir. Geoloji olaraq yayla kriptozoy dövrünün suxurlarından ibarət olan qalxandır. O, geologiya cəhətdən köhnə olmayan qumdaşıları və lava qatı ilə örtülmüş qədim kristallik qayaların geniş platolarından formalaşıb. Plato yüz metrə çatan pilləli böyük pilləkən şəklində qalxır. Yağıntı ilə qidalanan çoxsaylı çaylar yaylalarda başlayır və onun vilayətlərində axaraq, dərin kanyonlar və gözəl şəlalələr yaradır. 979 metrəli dünyanın ən böyük şəlaləsi Anhel burada yerləşir. Regionun çox az yerlərində insanlar yaşayış məskənlərini qurublar. Bura tropik yağış meşələri və zəngin faunası ilə məşhurdu, xüsusilə də parlaq tropik quşların böyük müxtəlifliyi ilə. Onun əlçatmazlığı 1900-cu illərin ortalarında yaylanın cənub-şərqində Orinoko çayı axınının yaxınlığında o vaxta qədər məlum olmayan və hündür insanları ilə seçilən Panar qəbiləsinin tapılması ilə təsdiqlənir.

Qviana yaylasının kristallik qayalarında manqan, alüminum oksidi kimi faydalı qazıntılar tapılıb. Yayla insanlar tərəfindən fəal istifadə edilməsinə baxmayaraq, dünyanın ən az məskun edilmiş yerlərindən sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qviana yaylası haqqında məlumat. Qviana yaylası nədir? Qviana yaylası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    25 iyul

  • Fevral 23, 2026

    Monarxiya

  • Fevral 23, 2026

    Yupiter

  • Fevral 24, 2026

    Kommunizm

  • Fevral 23, 2026

    Hind okeanı

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst