Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi oldu

Bülbül Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Bülbül Xatun

Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Bülbül Xatun
Dəfn edildiyi Şahzadə Mahmud türbəsi - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Şahzadə Mahmud türbəsi - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 1452(1452)
Vəfat tarixi 1515(1515) (62–63 yaşında)
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Fəaliyyəti əsilzadə, dövlət xadimi, mesenat[d], qul[d]
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Əhməd
Xədicə Sultan
Səlcuq Sultan
Gövhərmülk Sultan
Xundi Sultan
Şah Sultan
Şahzadə Mahmud
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1469-ci ildə Səlcuq Sultanı, 1470-ci ildə Xundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.

Hatuniyə məscidi olaraq bilinən Bülbül Xatun məscidi, Amasya

1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür. Ladik bölgəsində məscid və imarət, Amasya qalası daxilində isə bir məktəb, məscid və çeşmə inşa etdirmişdir. Bundan başqa kiçik oğlu Şahzadə Mahmudun 1507-ci ildə vəfatının ardından Bursadakı Muradiyə külliyəsi daxilində onun adına türbə inşa etdirmişdir.

1512-ci ildə atası və qardaşlarıyla girişdiyi taxt mübarizəsində qalib gələn Yavuz Sultan Səlimin əmriylə, böyük oğlu Şahzadə Əhməd ələ 1513-cü ildə Bursa yaxınlığında boğularaq edam edildi və cənazəsi Bursadakı Muradiyə külliyəsində qardaşı Şahzadə Şahənşahın yanına dəfn olundu. Oğlunun edamından sonra Bursaya köçən Bülbül Xatun qalan ömrünü burada yaşadı və oğlunun məzarı üzərində türbə inşa etdirdi. Taxtda oturan ögey oğlu Yavuz Sultan Səlimə yazdığı məktublarda oğulları Şahzadə Əhməd və Şahzadə Mahmudun türbələrinin təmiri, onların övladlarının xərclərinin qarşılanmasını istəmişdir. Bu istəyi yerinə yetirilən Bülbül Xatun cəmi 2 il sonra — 1515-ci ildə Bursada vəfat etdi. Cənazəsi kiçik oğlu Şahzadə Mahmudun türbəsinə dəfn edildi.

Övladları

  • Şahzadə Əhməd
  • Xədicə Sultan
  • Səlcuq Sultan
  • Gövhərmülk Sultan
  • Xundi Sultan
  • Şah Sultan
  • Şahzadə Mahmud

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bülbül Xatun haqqında məlumat. Bülbül Xatun nədir? Bülbül Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təkəli eli

  • Fevral 24, 2026

    Laza (Qusar)

  • Fevral 27, 2026

    Tamillər

  • Fevral 27, 2026

    Martkopi

  • Fevral 27, 2026

    Sepsis

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst