Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbn Əbil-Hədid (ərəb. ابن أبي الحديد‎; 30 dekabr 1190, Ktesifon – 2 iyun 1258, Bağdad) və ya Əbu Həmid İzzüddin Əbdülhəmid ibn Hibətullah ibn Məhəmməd əl-Mədain

İbn Əbil-Hədid

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Əbil-Hədid

İbn Əbil-Hədid (ərəb. ابن أبي الحديد‎; 30 dekabr 1190, Ktesifon – 2 iyun 1258, Bağdad) və ya Əbu Həmid İzzüddin Əbdülhəmid ibn Hibətullah ibn Məhəmməd əl-Mədaini — Mötəzilə kəlamçısı və şair. "Nəhcül-bəlağə"nin şərhini yazmışdır.

İbn Əbil-Hədid
ərəb. ابن أبي الحديد‎
Doğum tarixi 30 dekabr 1190(1190-12-30)
Doğum yeri Kərx, Abbasilər
Vəfat tarixi 2 iyun 1258(1258-06-02) (67 yaşında)
Vəfat yeri Bağdad, Monqol imperiyası
Elm sahələri kəlam, poeziya

Bioqrafiyası

Onun 30 dekabr 1190-cu ilə Mədaində doğuluduğu deyilsə də şeirindəki misralarından Kərxdə doğulub, Mədaində böyüyüdü məlum olur. Atası Mədain qazısı, qardaşları isə şair olub. Bütün Mədain xalqı kimi əvvəl şiə olan İbn Əbil-Hədid Bağdada getdikdən sonra Mötəziləyə yönəlmişdir. Bəzi mənbələrin nəql etdiyinə görə şiəliyini gizlədərək təqiyyə etmişdir. İbn Kəsr onun qulat (red - radikal) şiə olduğunu söyləmişdir. Lakin əsərləri analiz edildikdə onun mötədil (red - radikal olmayan) bir şiə olduğu aydın olur. Əqidəvi fikrilərinin Cahizin fikirləri ilə üst-üstə düşdüyündən onun Mötəzilənin Cahiziyyə qolundan olduğunu deyənlər də olmuşdur. Bağdada gəldikdən sonra Nizamiyyə mədrəsəsində müxtəlif əqidəli alimlərdən dərslər almışdır: Şafii məzhəbindən olan Əbül-Xeyr Müsaddiq ibn Şəbib əl-Vasitidən ərəb dili və qrammatikası, Hənbəli məzhəbindən olan Əbül-Bəqa əl-Ukbəridən ərəb ədəbiyatı, Mötəzilə kəlamçısı olan Əbu Yaqub Yusif ibn İsmayıl əl-Ləmqənidən Mötəzilə kəlamı, Hənbəli məzhəbindən olan Əbu Məhəmməd Fəxrəddin İsmayıl ibn Əli əl-Bağdadidən fiqh, üsul və məntiq, Şiə olan Əbu Məhəmməd Qureyş ibn Sübeyə ibn Mühənnadan tarix və mötədil bir Şiə olan Bəsrə nəqibi (red - icma başçısı) Əbu Cəfər Yəhya ibn Məhəmməd əl-Bəsridən İslam tarixi dərsləri almışdır. Fikirlərinin formalaşmasında Əbu Cəfər Yəhyanın böyük rolu vardır. Abbasi xəlifəsi əl-Müstənsir-Billahın dövründə (1226-1242) katib vəzifəsində çalışmışdır. Daha sonra böyük qardaşı Müvəffəqüddinin də köməyilə Darüt-təşrifət katibi, xəzinə katibi və xilafət divanı katibi (red - mirzə) vəzifələrində çalışmışdır. Bu vəzifələrdən sonra da müxtəlif vəzifələrdə çalışan İbn Əbil-Hədid monqolların 1257-ci ildə Bağdada hücumu zamanı ölümə məhkum edilmişdir. Nəsrəddin Tusinin vasitəçiliyi və vəzir İbnil-Əlqaminin köməyi ilə ölümdən qurtulmuşdur. Həmin hadisədən 1 il sonra Bağdadda vəfat etmişdir.

Əsərləri

İbn Əbil-Hədid şərh, rəddiyə, tənqit və s. mövzularda 20-dən çox kitab qələmə almışdır. Onlardan bəziləri aşağıdakılardır:

1. Şərhu Nəhcül-bəlağa. Müəllifinin Şərif ər-Razinin "Nəhcül-bəlağa" adlı kitabına yazılmış şərhdir.

2. Tətimmətü Nəhcil-bəlağa.

3. əl-Fələküd-dair aləl-Məsəlis-sair. Əyyubi vəziri Ziyaəddin İbnil-Əsirin müəllifi olduğu "əl-Məsəlüs-sair fi ədəbil-katib vəş-şair" adlı əsərə yazılmış tənqiddir.

4. əs-Səbul-Aləviyyət. İbn Əbil-Hədidin 7 uzun qəsidəsindən ibarət olan əsər. Bu əsərə "əl-Qəsaidüs-səbul-Ələviyyət" də deyilir.

5. əl-Qəsəidül-Müstənsiriyyət. Xəlifə Müstənsir-Billahı tərifləyən on beş uzun qəsidənən ibarət bir əsərdir.

6. Kitabu Nəzmil-Fəsix. Dilçilik haqqında əsərdir.

7. Şərhul-Ayətül-bəyyinət. Fəxrəddin ər-Razinin məntiq haqqındakı "əl-Ayətül-bəyyinət" adlı risaləsinə yazılmış şərhdir.

8. Şərhu Mənzumə (Əlfiyyə / urcuzə) fi (üsuli)t-tib. İbn Sinanın tibb haqqındakı mənzuməsinin şərhidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Əbil-Hədid haqqında məlumat. İbn Əbil-Hədid nədir? İbn Əbil-Hədid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Luara çayı

  • Fevral 26, 2026

    Lyuterştadt-Aysleben

  • Fevral 23, 2026

    Aleksandra Fyodorovna

  • Fevral 25, 2026

    Dreyk boğazı

  • Fevral 27, 2026

    Yuyçzülyü Anaxuan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst