Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saronikos (yun. Σαρωνικός κόλπος) — Yunanıstanda körfəz, Egey dənizinin ən böyük körfəzi. Körfəzə giriş şərqdən Sunion burunundan başlayır və cənub-qərbdəki Ski

Saronikos

  • Ana Səhifə
  • Vikipediya
  • Saronikos

Saronikos (yun. Σαρωνικός κόλπος) — Yunanıstanda körfəz, Egey dənizinin ən böyük körfəzi. Körfəzə giriş şərqdən Sunion burunundan başlayır və cənub-qərbdəki Skileon burununa qədər uzanır. Korinf bərzəxindən şərqdə, Attika və Peloponnes arasında yerləşir. Attika, Meqarida, Korinfiya və Arqolidanın sahillərini yuyur. Korinf kanalı vasitəsilə İon dənizinin Korinf körfəzi ilə birləşir. Körfəzin sahillərində Yunanıstanın ən böyük Pirey limanı, eyni zamanda Meqara və Elefsis kimi əhəmiyyətli şəhərlər burada yerləşirlər. Körfəzdə aktiv gəmiçilik mövcuddur, körfəz sahillərində turizm inkişaf etdirilib. 740 kvadrat kilometr ərazini əhatə edir və girişində eni 10-11 kilometr, daha şimal-qərb hissəsində isə 13 kilometrdir. Attica sahilində Faliron, Vari və Anavisos buxtaları yerləşir. Eginada uzaqdan görünən Afayya məbədi və Panaellin Zevsin məbədinin (Ναός του Ελλάνιου Δία) xarabalıqları, Porosda isə Poseydonun məşhur məbədi yerləşirlər. Adaların bolluğu qədim dövrlərdə gəmiçilik üçün ən əlverişli şərtlərdən biri idi. Strabonun sözlərinə görə, "bəziləri onu dəniz, digərləri isə boğaz adlandırır, buna görə də o, həmçinin Saronik dənizi adını daşıyır. Saronikos körfəzi Hermion dənizindən (Ερμιονικός κόλπος) və İstma dənizinə qədər olan sahəyə deyilir, sonuncu Mirto və Krit dənizləri ilə birləşir". Dənizçiliyin əsasını çox güman ki Trizin şəhərinin sakinləri qoymuşdular, hansılar ki əfsanələrdə öz padşahları Saron haqqında xatirələrini qoruyub saxlamışdılar: o, dəniz sahilində Artemida məbədi tikmiş və xallı maralın dalınca düşərkən dənizin girdabında vəfat etmişdir; Artemida məbədinin yaxınlığında dəfn olunmuşdur və sanki körfəz onun şərəfinə adlandırılmışdır. Oradan çox da uzaq olmayan yerdə Artemida pərəstişkarı İppolit öldüyü zeytun ağacını da göstərirdilər. Başqa bir versiyaya görə, körfəzin adı qədim yunan sözü q.yun. σαρωνίς-dən ("köhnə oyuqlu palıd") gəlir.

Saronikos
Saronikos körfəzinin kosmosdan görüntüsü
Saronikos körfəzinin kosmosdan görüntüsü
Ümumi məlumatlar
Sahəsi 740 km²
Yerləşməsi
37°42′ şm. e. 23°36′ ş. u.HGYO
Ölkə
  •  Yunanıstan
Region
  • Attika, Peloponnes
Akvatoriyası
  • Egey dənizi
Saronikos xəritədə
Saronikos
Saronikos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körfəzin akvatoriyasında e.ə. 480-ci ildə Salamin döyüşü baş vermişdir ki, o, Yunan-İran müharibələrinin kulminasiya nöqtəsi oldu.

Esxilin "Aqamemnon" faciə əsərində adı çəkilir.

Saronikos Körfəzinin vulkanları, Kiklad massivinin kənarı boyu keçən Cənubi Egey dənizinin vulkanik qövsünün şimal ucuna aiddir. Vulkan qövsünə Susaki, Egina, Metana (e.ə. 282-dən "yatır") və Poros vulkanları daxildilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saronikos haqqında məlumat. Saronikos nədir? Saronikos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    17 aprel

  • Fevral 24, 2026

    Fındıq

  • Fevral 24, 2026

    Utrext Şəbəkəsi

  • Fevral 24, 2026

    III Napoleon

  • Fevral 24, 2026

    Dördüncü dövr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst