Kalver-Siti (ing. Culver City) Kaliforniyanın cənub-qərbində, Los-Ancelesin qərb hissəsində yerləşən şəhərdir. Şimal tərəfdən şəhər praktiki olaraq Los Anceles Beynəlxalq Hava Limanına bitişikdir.
| Kalver-Siti | |||
|---|---|---|---|
| Culver City | |||
| |||
| |||
| 34°00′29″ şm. e. 118°24′05″ q. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 29 m | ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 90230, 90231, 90232 | ||
| Digər | |||
| culvercity.org | |||
![]() Kalver-Siti | |||
2019-cu ildəki nəticələrə əsasən şəhərin əhalisinin sayı 39,185 nəfər təşkil etmişdir. Şəhərin adı onun banisi olan Harri Kalverin şərəfinə verilmişdir.
Kalver-Siti kino sənayesinin doğulduğu yerlərdən biri hesab olunur. Burada ilk bədii filmlər 1910-cu illərdə çəkilmişdir və şəhərdə hal-hazırda Metro-Goldwyn-Mayer film şirkətinin bir neçə studiyaları yerləşir. 1932-ci ildən 1986-cı ilə qədər şəhərdə Hughes Aircraft Company şirkətinin qərargahı yerləşirdi. NPR və Sony Pictures Entertainmentin qərargahı da bu şəhərdə yerləşir. Həmçinin NFL Network studiyaları da Kalver-Sitidə yerləşir.
Şəhərin adını “vəhşi göyərçinlər şəhəri” kimi tərcümə etmək mümkündür (Culver — göyərçin deməkdir və pigeon və dove ilə sinonim sözlərdir).
Coğrafiyası
ABŞ Siyahıyaalma Bürosu tərəfindən verilmiş olan məlumata əsasən, Kalver-Sitinin ümumi ərazisi 13,31 kvadrat kilometrdir. Bu ərazinin 13,237 kvadrat kilometri quru ərazisi və 0,073 kv. kilometri isə su ərazisidir. Su ehtiyatlarının ərazisi şəhərin ümumi ərazisinin 0,5%-ni təşkil edir.
Şəhər dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşir.
Demoqrafiyası
2010-cu il siyahıyaalınmasının nəticələrinə əsasən Kalver-Sitinin əhalisi 38,883 nəfər təşkil etmişdir. Əhalinin orta sıxlığı isə bir kvadrat kilometrə təxminən 2921,3 nəfər təşkil etmişdir.
Qardaşlaşmış şəhərlər
Cənubi Koreya İksan, Cənubi Koreya.
Yaponiya Kaiçuka, Yaponiya.
Kanada Letbric, Alberta, Kanada.
Meksika Uruapan, Meksika.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kalver-Siti haqqında məlumat. Kalver-Siti nədir? Kalver-Siti nə deməkdir?

