Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Aleksandroviç Alexin (səhvən Alyoxin kimi də qeyd olunur) (rus. Алекса́ндр Алекса́ндрович Але́хин; 31 oktyabr 1892, Moskva – 24 mart 1946[…]) — rus şa

Aleksandr Alexin

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Alexin

Aleksandr Aleksandroviç Alexin (səhvən Alyoxin kimi də qeyd olunur) (rus. Алекса́ндр Алекса́ндрович Але́хин; 31 oktyabr 1892, Moskva – 24 mart 1946[…]) — rus şahmatçısı, şahmat üzrə 4-cü dünya çempionu (1927–1935; 1937–1946).

Aleksandr Alexin
rus. Алекса́ндр Алекса́ндрович Але́хин
Ölkə
  •  Fransa
  •  Rusiya imperiyası
Doğum tarixi 31 oktyabr 1892
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi 24 mart 1946 (53 yaşında)
Vəfat yeri Eştoril, Portuqaliya
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Sorbonne Paris Universiteti,
  • İmperator Hüquq Məktəbi[d]
Mükafatları Dünya çempionu: 1927-1935; 1937-1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müxtəlif dövrlərdə Rusiya imperiyası, Sovet İttifaqı və Fransa adından çıxış etmişdir.

Tarixdə ən güclü şahmatçılarından biri hesab olunur.

1921-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra Rusiyanı tərk edərək Fransaya köçmüş, 1925-ci ildə bu ölkənin vətəndaşlığını almışdır.

1927-ci ildə dünya çempionu adı uğrunda keçirilən görüşdə məğlubedilməz hesab edilən Xose Raul Kapablankanı məğlub edərək dünya çempionu tituluna yiyələnmiş və sonrakı illərdə iştirak etdiyi bütün turnirləri rəqibləri üzərində böyük üstünlüklə, birinci başa vurmuşdur.

1929 və 1933-cü illərdə Almaniyanı təmsil edən rus şahmatçısı Yefim Boqolyubov qarşısında öz titulunu qorumuşdur. 1935-ci ildə Maks Eyveyə məğlub olsa da, 2 il sonra matç-revanşda qalib gələrək dünya çempionu titulunu geri qaytardı və 1946-cı ildə qəfil ölümünədək titulunu saxladı. Aleksandr Alexin məğlub edilmədən dünyasını dəyişən yeganə dünya çempionudur.

Alexin hərtərəfli şahmatçı idi. O, daha çox özünün hücum xarakterli oyun tərzi və effektli, dərin düşünülmüş kombinasiyaları ilə məşhurdur. Bununla yanaşı, o, debütlərdə çox sayda nəzəri yeniliklərin müəllifi olmuş və yüksək endşpil texnikası ilə seçilmişdir.

Alexin 92 yarışda iştirak etmiş (5 olimpiada, 87 turnir), 49 turnirdə qalib olmuş, 13-ndə birinci yeri bölüşmüşdür. Keçirdiyi 24 matçdan 17-sini qazanmış, dördü heç-heçə başa çatmış, üçündə məğlub olmuşdur. Məğlubiyyətlərindən biri karyerasının başlanğıcında, qalan ikisi isə Maks Eyveyə qarşı olmuşdur.

Böyük rus şahmatçısı Alexin 1946-cı il martın 24-da vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Alexin haqqında məlumat. Aleksandr Alexin nədir? Aleksandr Alexin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Determinizm

  • Fevral 25, 2026

    Çökmə süxurlar

  • Fevral 27, 2026

    S:Rəhman surəsi

  • Fevral 27, 2026

    Velosiped idmanı

  • Fevral 27, 2026

    Dəmavənd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst