Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ənuşirvan xan — 1344-cü ildən 1357-ci ilə qədər Elxani taxtında oturmuş şəxs. O, dövləti əslində idarə edən və Çobani ailəsinə mənsub şəxs olan Məlik Əşrəfin ku

Ənuşirvan xan

  • Ana Səhifə
  • Vikipediya
  • Ənuşirvan xan

Ənuşirvan xan — 1344-cü ildən 1357-ci ilə qədər Elxani taxtında oturmuş şəxs. O, dövləti əslində idarə edən və Çobani ailəsinə mənsub şəxs olan Məlik Əşrəfin kukla hökmdarı idi. Dövlətin bütün məsələləri Ənuşirvanın adından Məlik Əşrəf tərəfindən yerinə yetirilirdi. O, Elxani sülaləsindən öz adına sikkə zərb edən sonuncu şəxs olması ilə diqqət çəkir.

Ənuşirvan xan
Elxanilər dövlətinin XV elxanı
(Çobanilərin iddiaçısı)
1345 – 1357
ƏvvəlkiSüleyman xan
SonrakıII Qazan xan
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Vəfat tarixi 1357
Ailəsi Çingizlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Çobanilərin qarşıdurması və taxta çıxarılması

Kiçik Həsənin ölümündən sonra Çobani ailəsi daxilində qohumlar arasında mübarizə başladı. Həsənin qardaşı Məlik Əşrəf ilə əmiləri Yağı Basdı və Sorqan arasında mübarizədən təngə gələn nominal hökmdar Süleyman xan Cəlairilərdən Böyük Həsənə yardım üçün müraciət etdi. Çobanilər ilk başlarda Kiçik Həsəndən qalan mülk 3 yerə bölüb idarə etməyə çalışsalar da, bu uzun müddət davam etmədi. Məlik Əşrəf Sorqanı məğlub etdi və o, Süleyman xan ilə Satıbəyə qatıldı. Lakin Böyük Həsən onlara verdiyi dəstəyi müdrik davranaraq geri çəkməsindən sonra hamısı Diyarbəkirə çəkildilər. 1345-ci ildə yenə də Məlik Əşrəfə məğlub olduqdan sonra Sorqan Bağdada Böyük Həsənin yanına qaçdı. Bir müddət sonra elə onun tərəfindən də edam edildi. Nə Süleyman xanın, nə də onun arvadı Satıbəyin sonrakı taleyi barədə məlumat yoxdur. Bu əsnada Məlik Əşrəf digər əmisi Yağı Bastını də gizli şəkildə öldürdü və yayı keçirtmək üçün Qarabağa yollandı. Beləliklə, əmilərini qətlə yetirdikdən sonra Məlik Əşrəf Çobani irsinə iddia edə biləcək yeganə şəxs halına gəldi. O, bu zaman Ənuşirvanı Elxani taxtına əyləşdirdi.

Kimliyi

Ənuşirvanın əsl adının nə olması bəlli deyil. Bir qaynaq onun hansısa Nuşirvan adlı Məlik Əşrəfin qabcaçısı olduğunu yazır. Bu qaynağa görə Nuşirvan Məlik Əşrəf tərəfindən taxta çıxarılmış və ona əfsanəvi Sasani hökmdarlarından biri hesab edilən I Xosrov Ənuşirvanın adı verilmişdir. Çobanilər 1357-ci ilə qədər onun adına sikkə zərb etdirmişdirlər.

Elxanlığının sonu

Ənuşirvanın nominal elxanlığı Məlik Əşrəfin taleyindən və qərarlarından asılı idi. Lakin Məlik Əşrəf sonlara yaxınlaşdıqca Nadir şah Əfşar kimi psixoloji problemlər yaşamağa başlamış və bütün ətrafındakılardan şübhələnməyə başlamışdı. Bu da onun sərt qərarlar verməsinə və daha da qəddarlaşmasına yol açdı. Eyni zamanda dövlətin şimalında yoluxucu xəstəlik də yayılmağa başladı. Bu zaman Azərbaycandan böyük köç başladı və onların bir çoxu Kürün şimalına keçdilər. Burada isə Qızıl Ordalı Canı bəy hökmdar idi. Vəziyyətdən xəbərdar olan Canı bəy Təbrizi ələ keçirmək qərarına gəldi. Asanlıqla Təbriz ələ keçirildi və Məlik Əşrəf öldürüldü. Bütün bunlar baş verərkən isə Ənuşirvanın başına gələnlər barədə qaynaqlarda məlumat yoxdur. Onnu adı bir daha heç bir yerdə çəkilmir.

Həmçinin bax

  • Elxani hökmdarlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ənuşirvan xan haqqında məlumat. Ənuşirvan xan nədir? Ənuşirvan xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Umbriya

  • Fevral 27, 2026

    Taif

  • Fevral 25, 2026

    Oologiya

  • Fevral 24, 2026

    Mikael Tarıverdiyev

  • Fevral 27, 2026

    Mövzu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst