Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
| Yengəclər | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinifüstü: Multicrustacea Sinif: Yarımsinif: Eumalacostraca Dəstəüstü: Eucarida Dəstə: Yarımdəstə: Pleosimatlar Ranqsız: Reptantia İnfradəstə: Yengəclər | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Biologiyası

Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi.
Klassifikasiya
Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır.
Sinonimləri
- Archaeobrachyura Guinot, 1977
- Brachyura Latreille, 1802
- Brachyrhyncha Borradaile, 1907
- Cancridea Latreille, 1803
- Dromiacea De Haan, 1833
- Oxyrhyncha Latreille, 1803
- Oxystomata H. Milne Edwards, 1834
Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
İnsanlar tərəfindən istifadəsi
Dünyada insanlar tərəfindən yeyilən, yetişdirilən və ovlanılan dəniz xərçəngkimilərinin 20%-i yengəclərin payına düşür. İl ərzində 1,5 milyon ton yengəc istehlak olunur. Onların çoxu əllə və ya xüsusi yengəc tələləri ilə həyata keçirilir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yengəclər haqqında məlumat. Yengəclər nədir? Yengəclər nə deməkdir?
