Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığın

Şüəra məqbərəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Şüəra məqbərəsi

Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir.

Şüəra məqbərəsi
مقبرةالشعرا
Şüəra Məqbərəsi, 2022
Ölkə İran
Şəhər Təbriz
Yerləşir Təbriz
38°05′01″ şm. e. 46°18′12″ ş. u.HGYO
Xəritə
Şüəra məqbərəsi (İran)
Nöqtə
Şüəra məqbərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb. Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. XI əsrdə burada dəfn olunan ilk şair Əsədi Tusi olub. XI əsrin digər tanınmış Azərbaycan şairi Qətran Təbrizi məzarlıqda dəfn olunan ikinci şairdir. XII əsrdə burada Azərbaycan klassik ədəbiyyatının nümayəndəsi, mütəfəkkir Xaqani Şirvani və Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqani dəfn edilib. Mücirəddin Beyləqani eyni zamanda Xaqaninin şagirdi olub. Sonradan burada Zülfüqar Şirvani, Hümam Təbrizi, Məğribi Təbrizi, Siqqətül İslam, Baba Həsən, Baba Məzid, Pir Türk, Sultan Dədə Əli, Həsən Naxçıvani və təxminən 400-dən artıq söz, sənət adamı burada dəfn olunur. Zaman keçdikcə təbii hadisələr sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirir. Xaqani Şirvani, Əsədiyyə Tusi, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Hümam Təbrizi və digərlərinin məzarı 1772-ci ildə dəhşətli zəlzələdən sonra məhv olub.

Şairlər məqbərəsi 1970-ci ildə bərpa olunur və müasir görkəmini alır. 1988-ci ildə vəfat edən Məhəmmədhüseyn Şəhriyar öz vəsiyyətinə əsasən burada dəfn olunub. Məhəmmədhüseyn Şəhriyardan sonra burada müasir şairlərdən Əziz Dövlətabadi, Mahmud Məlmasi-Azarm da dəfn edilir.

Dağılma təhlükəsi

Mütəxəsislərin xəbərdarlıqlarına baxmayaraq abidənin ətrafındakı ərazilərdə hündür mərtəbəli binaların tikintisinə başlanılıb. Bu isə abidə üçün təhlükəli vəziyyət yaradıb. Abidə 2013-cü ildən təmir olunur. İllərdir təmir işlərinin bitməməsi isə bura gələn turist sayının azalmasına səbəb olub.

Məqbərədə dəfn edilən şəxslər

  • Əsədi Tusi (999-1072) - şair
  • Qətran Təbrizi (1009-1072) - şair
  • Ənvəri (1126-1189) - şair
  • Xaqani Şirvani (1122-1190) - şair
  • Mücirəddin Beyləqani (ö. 1190) - şair
  • Zahirəddin Fəryabi (ö. 1202) - şair
  • Şahpur Nişapuri (ö. 1204) - şair
  • Şəmsəddin Sojasi (ö. 1206) - şair
  • Zülfüqar Şirvani (ö. 1291) - şair
  • Hümam Təbrizi (1238-1314) - şair
  • Nəsürullah Tabib (d. 1339) - xəttat
  • Əssar Təbrizi (1325-1390) - şair
  • Məğribi Təbrizi (1348-1406) - şair
  • Mani Şirazi (ö. 1507) - şair
  • Lesani Şirazi (ö. 1533) - şair
  • Şakibi Təbrizi (ö. 1564) - şair
  • Mirzə İsa Fərəhani (1733-1822) - Fətəli şah Qacar və Abbas Mirzənin vəziri
  • Əziz xan Mükri (1793-1871) - ordu generalı
  • Mirzə Əli Siqqətülislam (1861-1911) - Məşrutə hərəkatının fəalı, şair
  • Tahir Təbrizi (1888-1976) - xəttat
  • Məhəmmədhüseyn Şəhriyar (1906-1988) - şair
  • Mahmud Məlmasi-Azarm (1917-1991) - şair
  • Əziz Dövlətabadi (1922-2009) - şair

Şəkillər

Həmçinin bax

  • Ərk qalası
  • Məşrutə Evi
  • Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şüəra məqbərəsi haqqında məlumat. Şüəra məqbərəsi nədir? Şüəra məqbərəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Donos

  • Fevral 27, 2026

    Ginkgophyta

  • Fevral 24, 2026

    30 sentyabr

  • Fevral 27, 2026

    Kastilyalı Yuanna

  • Fevral 27, 2026

    Çoxistifadəçili zindan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst