Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maffin (ing. muffin) — keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi

Maffin

  • Ana Səhifə
  • Vikipediya
  • Maffin

Maffin (ing. muffin) — keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi daxildir. Adətən, maffin yetkin bir insanın ovucu boyda olur. Maffinlər həmçinin qarğıdalı unundan hazırlana bilər. Maffinə qaragilə, şokolad yonqarı, moruq, darçın, balqabaq, qoz-fındıq, banan, portağal, şaftalı, çiyələk, kök, limon və s. əlavə edilə bilər.

Maffin
Aid olduğu milli mətbəxlər
Amerikan mətbəxi
Mənşəyi
  •  ABŞ
Tərkibi
Əsas un
Təfərrüatları
Tipi Şirniyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İllinoys karyası və kapuçino ilə maffin

Maffin adının yaranması ilə bağlı bir neçə versiya vardır. Bunlardan birinə görə, maffin sözü IX əsrdə Böyük Britaniyada yumşaq çörək mənasını verən mouflett fransız sözündən götürülmüşdür. Digər versiyaya görə, maffin çörəyin bir növü olan alman sözü muffe ilə əlaqəlidir.

ABŞa maffini Böyük Britaniya immiqrantları gətirmişlər. Samuel Tomas 1880-ci ildə Nyu-Yorkda "Maffin Haus" adlı çörəkxana açmışdır. Maffin 1893cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində satışından sonra ABŞ məşhurluq qazanmışdır.

Maffinlər, ehtimal ki, kiçik pirojnanın qarğıdalı çörəyindən hazırlanan növüdür. Bugünkü maffinlərin ulu babaları kiçik şiriniyyatlar olmuşdur, lakin onların dəqiq növləri məlum deyil. Maffinlərin hazırlanması tez və sadə olduğundan səhər yeməyi üçün yaxşıdır. 50-ci illərdə meydana gələn maffin üçün qatışıqların satışını Spacey's (ABŞ) və Cadbury (Böyük Britaniya) həyata keçirmişdir.

Maffinlərin növləri

Maffinlərin iki növü vardır: ingilis və amerikan. İngilis maffinlərinin hazırlanmasında maya xəmiri, amerikan maffinlərinin hazırlanmasında isə tərkibində yumşaldıcı olan xəmir və ya şirniyyat üçün olan sodadan istifadə olunur.

Simvol kimi

  • Qarğıdalılı maffin Massaçusetsin rəsmi dövlət maffinidir.
  • Qaragiləli maffin Minnesotanın rəsmi dövlət maffinidir.
  • Qarğıdalılı maffin Nyu-Yorkum rəsmi dövlət maffinidir.

Həmçinin bax

  • Keks

Ədəbiyyat

  • Muffins. // Andrew F. Smith. Fast Food and Junk Food: An Encyclopedia of What We Love to Eat. ABC-CLIO, 2011. С. 490.  (ing.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maffin haqqında məlumat. Maffin nədir? Maffin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbülfəs Qarayev

  • Fevral 27, 2026

    Türkiyə Cümhuriyyəti

  • Fevral 27, 2026

    Rafael Qvaladze

  • Fevral 27, 2026

    Babadərviş mağarası

  • Fevral 27, 2026

    Zlatan İbrahimoviç

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst