Toxta xan (salnamələrdə Tokta, Tuktay, təx. 1270—1312/13) — 1291-1312-ci illərdə Qızıl Orda xanı, Məngü Timurla Olcay xatunun oğlu.
| Toxta | |
|---|---|
| Тохтахаан | |
| |
| 1291 – 1312 | |
| Əvvəlki | Tula-Buqa |
| Sonrakı | Özbək xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | ? |
| Vəfat tarixi | |
| Fəaliyyəti | xan |
| Atası | Məngü Timur |
| Anası | Olcay xatun |
| Həyat yoldaşı | Beklemiş xatun |
| Uşağı | İlbasmış、Tukel Buqa、Pirus |
| Dini | Tenqriçilik |
Daxili siyasəti

Noqay xanın köməyi ilə taxta gəlmişdi. Tezliklə Toxta və Noqay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. O, 1296-1297-ci illərdə Noqay xana qarşı ilk döyüşdə məğlub oldu. Toxta Qazan xandan yardım istəsə də xan bu işə qarışmadı. Sonrakı döyüşdə xan Noqayı məğlub edərək öldürdü. Onun oğlu Çaka xan isə Bolqarıstana qaçaraq özünü çar elan etdi. Noqay xanın torpaqları Toxtanın qardaşı Saraybuğa və oğullarına paylandı. Onun hakimiyyəti dövründə poçt sistemi və ticarət yenidən genişlənməyə başladı. O Qızıl Ordanın son müsəlman olmayan xanı idi. Toxta 1304-cü ildə Yuan sülaləsinin imperatoru Teymurun Monqol imperiyasının nominal birliyini bərpa etmək təşəbbüsünü dəstəklədi və qısa müddətə də olsa həm imperator, həm də Hülakilərlə ittifaq bağladı.
1313-cü ildə Tokta vəfat etdi. Xənəndəmirin (Khnandemir) yazdığına görə, o, Volqa çayının ortasında qayığın içində boğularaq ölmüşdür. Əbu’l-Bəxəri (Abu'l-Bakharī) isə onun Seraidrakda dəfn edildiyini bildirir. Noqay və onun ailəsini məğlub etdikdən sonra Tokta Qızıl Orda dövlətinin mütləq hökmdarına çevrildi və onun ən güclü suverenlərindən biri oldu. O, bir vaxtlar İslam dinini qəbul etmişdi, lakin sonradan Çingiz xanın qədim inancına qayıtdı və bununla birlikdə qədim başçıların tolerantlıq siyasətini də bərpa etdi.
Tokta öldükdən sonra onun üç oğlu vardı: İlbasmış, Tukel Buqa və Pirus,Lakin onların heç biri taxta çıxmadı.
Xarici siyasəti
Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Rus arxivlərində bu hadisə "Batı geri döndü" kimi xatırlanır.
1301-ci ildə Ağ Orda hökmdarı Bayan xan Toxtanın yanına qaçdı. Ağ Ordada baş verən qiyamın təşkilatçılarını dəstəkləyən Toxta xan Duva xan və Kaydunun oğlu Çaparı məğlub edərək Bayan xanın hakimiyyətini bərpa etdi. 1304-cü ildə Toxta xan Cığatay xanlığından gələn təklifi qəbul edərək Teymur xanın hakimiyyətini qəbul etdi.
1312-ci ildə vəfat etdi.
Ailəsi
Oğlanları: El-Basar (o sonradan hakimiyyət uğrunda mübarizənini baş verməməsi üçün bütün qohumlarını öldürmüşdü) və İlbasmış, qızıː Mariya.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toxta haqqında məlumat. Toxta nədir? Toxta nə deməkdir?
