Özbək xan (1282 və ya 1283, Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı.
| Sultan Qiyasəddin Məhəmməd Özbək xan | |
|---|---|
| Султан Мохаммед Өз-бегхаан | |
![]() Mixail Yaroslaviç xanın qarşısında | |
| Yanvar, 1313 – 1341 | |
| Əvvəlki | Toxta |
| Sonrakı | Tinibəy xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | |
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Milliyyəti | Monqol |
| Fəaliyyəti | rəhbər |
| Atası | Toğrulça Məngü Timur oğlu |
| Həyat yoldaşları | Bayalun Taydula |
| Uşaqları |
|
| Ailəsi | Çingizlilər |
| Dini | İslam |
Həyatı
Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi. Ondan sonrakı bütün xanlar müsəlman idi.
Hakimiyyəti
Xanın 300.000 əsgərdən çox ordusu var idi. 1319, 1325, 1335-ci illərdə Azərbaycana hücum etmişdi. Ona qarşı Əmir Çoban Sulduz müharibə aparırdı. 1320-1332ci illərdə Bolqarıstan və Bizansa qarşı hücumlar aparmışdı. Saray əl-Cədid şəhərini tikdirmiş və ölkədə bir çox məscidlər bina etdirmişdi. Bacısı Konçakı Moskva knyazı Yuri Daniloviç ilə evləndirmişdi. Lakin Konçakın Mixail Yaroslaviç tərəfindən öldürülməsi Özbək xanı qəzəbləndirdi. Mixailə qarşı məhkəmə işi açıldı və edam olundu.
1327-ci ilin avqustunda bu hadisələrdən sonra Rus knyazlıqları üsyana başlamışdı. Xan həmin il ona sadiq qalan Moskva knyazlığı ordusu ilə Tver knyazlığını 50.000 əsgər ilə işğal edərək darmadağın etdi. Bu hadisə Moskva knyazlığının inkişafına və gələcəkdə Rusiya imperiyasının qurulmağına səbəb oldu.
Ailəsi və ölümü
Özbək xan iki dəfə evlənmişdi. Əvvəl III Andronik Paleoloqun qızı Bayalun ilə, 1323-cü ildə isə Taydula ilə evləndi. Övladları:
- Timurbəy - 1330-cu ildə ölmüşdü.
- Tinibəy xan - onu əvəz etdi.
- Canıbəy xan - onu əvəz etdi.
- Tulunbəy
- İrinbəy
- Toqdabəy
- Xızırbəy
Özbək xan 1341-ci ildə Saray əl-Cədid şəhərində öldü.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Özbək xan haqqında məlumat. Özbək xan nədir? Özbək xan nə deməkdir?
